Modern.az

Bəşər Əsəd 22 iyuldan sonra ilk dəfə efirdə görünüb

Bəşər Əsəd 22 iyuldan sonra ilk dəfə efirdə görünüb

Dünya

7 Avqust 2012, 18:20

Modern.az rus mətbuatına istinadən xəbər verir ki, Suriya prezidenti Bəşər Əsəd iyulun 22–dən sonra ilk dəfə bu gün dövlət televiziyasında görüntülənib. Dövlət televiziyasında Bəşər Əsədin Dəməşqə danışıqlar üçün səfər edən İranın Milli Təhlükəsizlik Şurasının baş katibi Səid Cəlilini salamladığı an görünüb.

Qeyd edək ki, son dəfə Suriya prezidentinin iyulun 22–də Suriyaya yeni müdafiə nazirinin seçilməsi mərasimindən görüntüləri nümayiş olunmuşdu.

Aygün ASİFQIZI

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır