Modern.az

“Madonna artıq pop kraliçası deyil” – Elton Con

“Madonna artıq pop kraliçası deyil” – Elton Con

8 Avqust 2012, 12:05

Madonna pop musiqinin kraliçəsi tituluna artıq layiq deyil. Modern.az Türkiyə mətbuatına istinadən bildirir ki, bu sözləri məşhur müğənni Elton Con açıqlamasında deyib. O, Madonnanın bu titulu çoxdan itirdiyini qeyd edib.

“Madonna 20 il kraliça idi. Amma artıq onun dövrü bitib. O taxtını Ledi Qaqaya verib. Son dünya turnesi alınmadı. Məncə, artıq karyerasını tamamlamalıdır. Ona artıq dözə bilmirəm və öz küncünə çəkilməyi Madonnaya tövsiyə edirəm”, – deyə Elton Con vurğulayıb.
Modern.az  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub