Modern.az

İranda şairlərimizə hökm oxunması təxirə salınıb

İranda şairlərimizə hökm oxunması təxirə salınıb

Mədəni̇yyət

9 Avqust 2012, 18:00

İranda saxlanan azərbaycanlı şairlər Fərid Hüseyn və Şəhriyar Hacızadəyə avqustun 9-da
hökm oxunması təxirə salınıb. Bu barədə ANS-ə Fərid Hüseynin dayısı Ağalar Hüseynov məlumat verib:

«Sadəcə olaraq məhkəmə məşvərətə çıxıb. Bu gün onlarda qısa gündür. Sabah və birigün isə iş günü deyil. Səfirliyin nümayəndələri ilə birlikdə biz hakimlə görüşdük. Orda müəyyən araşdırmalar aparılır, ona görə də, biz indi Azərbaycana qayıdırıq».

Azərbaycanlı şairlərin məhkəmə dinləmələri 2 gün davam edib. Prosesə Azərbaycanın Təbrizdəki konsulluğunun nümayəndələri və şairlərin ailə üzvləri də qatılıb.

Proses zamanı şairlərə İran ərazisinə necə keçmələri barədə suallar verilib.

Onlar isə günahsız olduqlarını, İrana dəvət əsasında poeziya festivalında iştirak etmək üçün gəldiklərini deyiblər.

İran mediası şairlərin İran əleyhinə casusluqda təqsirləndirildiyini iddia etsə də, sonradan bu məlumat təsdiqini tapmayıb.

Azərbaycanlı şairlər Fərid Hüseyn və Şəhriyar Hacızadə 2012-ci il aprelin 29-da poeziya festivalında iştirak etmək üçün İrana gediblər.

Onlar mayın 2-də Təbrizdə həbs olunublar.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?