Modern.az

Milli Məclisin adından istifadə edən "reket qəzet"lər

Milli Məclisin adından istifadə edən "reket qəzet"lər

29 Yanvar 2010, 14:17

st1:*{behavior:url(#ieooui) }

Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Nəsirov yanvarın 29-da parlamentin fevralın 1-də başlayacaq yaz sessiyası ilə bağlı mətbuat konfransı keçirib. Modern.az xəbər verir ki, mətbuat konfransında A.Nəsirov “reket qəzet”lərin Milli Məclisin adından istifadə ediyini vurğulayıb. Onun sözlərinə görə, adlarında “parlament” sözü olan bu qəzetlər müxtəlif təşkilatlara gedərək Milli Məclisin adından istifadə edilər. Daha sonar A.Nəsirov Milli Məclisin adından istifadə edən qəzetlərin adlarını élan edib. Bunlar “Parlamentin sədası”, “Azərbaycan parlamenti”, “Millət vəkili”, “Parlamentin səsi”, “Parlament”, “Parlament-2005”, “Parlament və Cəmiyyət”, “Deputatın tribunası”, “Parlament xəbərləri” qəzetləridir. A.Nəsirov deyib ki, həmin qəzetlərdən ikisi - “Parlamentin sədası” və “Azərbaycan parlamenti” Mətbuat Şurası tərəfindən “reket” qəzet élan edilib. “Bu qəzetlərin Milli Məclislə heç bir əlaqəsi yoxdur. Milli Məclisin iki orqanı var. “Milli Məclis” jurnalı və “Azərbaycan” qəzeti”.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi