Modern.az

Gənclər Təşkilatları Milli Şurası gənclər gününə hazırlaşır

Gənclər Təşkilatları Milli Şurası gənclər gününə hazırlaşır

Qarabağ

29 Yanvar 2010, 15:29

Gənclər Təşkilatları Milli Şurası Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı nümayəndəliyi ilə birgə 2 fevral- Gənclər gününə həsr olunacaq “Gənclər: imkanlar, nailiyyətlər və perspektivlər” adlı tədbir keçirəcək. Şuranın mətbuat katibi Əlizadə Nəcəfov Modern.az-a bildirib ki, “Park İnn” otelində təşkil olunacaq tədbirdə gənclər və idman naziri Azad Rəhimov, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Bruno Pueza, YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Hervord çıxış edəcək. Həmçinin tədbirdə dövlət rəsmiləri, millət vəkilləri, gənclər təşkilatlarının rəhbərləri, Azərbaycanda fəaliyyət beynəlxalq təşkilatlar, özəl sektor və diplomatik korpus təmsilçiləri də iştirak edəcəklər. Ə.Nəcəfov deyib ki, tədbirin keçirilməsində məqsəd Azərbaycan gənclərinin beynəlxalq aləmdə təmsilçiliyini artırmaq və gənclər təşkilatların beynəlxalq təşkilatlar ilə əməkdaşlığını inkişaf etdirməklə Azərbaycanda gənclər işinin inkişafına tövhə verməkdən ibarətdir.

Tədbirdə “İşsizlik və səmərəli məşğulluğun təmin edilməsi”, “Gənclər və ekologiya”, “Sağlam həyat tərzi”, “Xüsusi qayğıya ehtiyacı olan uşaqlar və gənclər” mövzularında işçi qrupları təşkil ediləcək:

“Qeyd etmək istəyirik ki, BMT Baş Assambleyası tərəfindən 12 avqust 2010 – 12 avqust 2011-ci il tarixi Beynəlxalq Gənclər İli elan olunub. Tədbirdə Beynəlxalq Gənclər İlinin Azərbaycanda qeyd olunması müzakirə ediləcək və təkliflər hazırlanacaq”.    

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır