Modern.az

Türkiyə: “Azərbaycan inciməsin deyə “Eurovison 2012”da iştirak etdik”

Türkiyə: “Azərbaycan inciməsin deyə “Eurovison 2012”da iştirak etdik”

Mədəni̇yyət

11 Avqust 2012, 13:51

“Biz “Eurovision-2012” mahnı müsabiqəsində Azərbaycan üçün iştirak etdik”. Modern.az-ın Türkiyə KİV-nə istinadən verdiyi məlumata görə, bu sözləri TRT-nin baş direktoru İbrahim Şahin deyib.

İ. Şahinin sözlərinə görə, “bəzi ölkələr öz aralarında qərar verir, ondan sonra da biz seçim edirik. Bu heç də etik davranış deyil. Müsabiqə Azərbaycanda keçirilməsəydi və biz bu il iştirak etməsəydik görəsən nə olacadı? Amma Azərbaycan bizdən inciməsin deyə iştirak etdik”.

TRT-nin baş direktoru həmçinin qeyd edib ki, hər il “Eurovision” mahnı müsabiqəsi üçün Tarkana müraciət edirlər. “Bu il də təklif etdik. Amma o bildirdi ki, “əgər birinciliyi sığorta edirsinizsə, iştirak edərəm. Amma ikinci olsam, bu mənim karyeramı zədələyəcək””.

Sevinc İltifatqızı

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır