Modern.az

Məşhur Komandante Fidel Kastro 86 yaşını qeyd edir - FOTOLAR

Məşhur Komandante Fidel Kastro 86 yaşını qeyd edir - FOTOLAR

13 Avqust 2012, 14:49


Modern.az
xəbər verir ki, Kubanın keçmiş lideri Fidel Kastronun bu gün 86 yaşı tamam olub. O, təntənəli mərasim keçirmək niyyətində olmadığını bəyan edib.
Xarici KİV-lərin məlumatına görə, son vaxtlar keçmiş lider ictimaiyyətə nadir hallarda görsənir.

Bu gün məlum olub ki, Fidel Kastronu artıq Ukrayna prezidenti Viktor Yanukoviç və Rusiya Kommunist Partiyasının sədri Gennadi Züqanov təbrik ediblər.

Kuba lideri Fidel Kastro vaxtilə keçmiş SSRİ üçün Amerika qitəsindəki inqilab rəmzi idi. Onun haqqında əfsanələr dolaşır, barəsindəki şeirlərdə Kuba inqilabı vəsf olunurdu.

Fidel Kastronun rəsmən üç həyat yoldaşı olub. Kuba liderinin hətta vətəndaş nikahında yaşadığı qadınlar da az olmayıb. Bir sıra mənbələrin iddialarına görə, onun çox uşağı olub, ancaq Kastro rəsmən 7-sini qəbul edib. 

Hazırda Fidel Kastronun Dalia Soto adlı qadınla rəsmi nikahda olduğu bildirilir. Fidel Kastro onunla 25 il vətəndaş nikahında yaşayıb. Son 5 övladı  məhz bu qadındandır. Daliadan olan uşaqların adlarının hamısının adı A hərfi ilə başlayır: Aleksandro, (1960), Aleks (1963), Alexandro (1964), Antonio (1973), Anxelito (1968). Hal-hazırda onun böyük oğlunun 52, kiçik oğlununsa 38 yaşı var.
 
Kubada Kastro ailəsi haqqında hər hansı informasiya yaymaq qadağandır.   


 

 

 

 

İkinci arvadı Nati Revuelta

 

 Fidel Kastronun Amerikaya qaçan qızı Alina

Kuba liderinin hazırki ailəsi...


Aygün ASİFQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi