Modern.az

London Olimpiadası bitdi, onları polis saxladı

London Olimpiadası bitdi, onları polis saxladı

13 Avqust 2012, 15:49

İyulun 28-dən başlayan London Olimpiya Oyunları dünən axşam saatlarında sona çatıb. Olimpiada sona çatsa da, uzun müddət bu oyunlar 242 nəfərin yadaşından silinməyəcək. Modern.az xarici mətbuata istinadən bildirir ki, Olimpiadanın davam etdiyi günlərdə insanların başının qarışmasından istifadə edən bu 242 nəfər London polisi tərəfindən oğurluq və bomba şübhəsi səbəbiylə saxlanılıb.
Qeyd ədək ki, İngiltərə höküməti 15 gündür davam edən oyunlar üçün paytaxtda təhlükəsizliyi təmin etmək məqsədiylə polislərlə bərabər, əsgərləri də bu işə cəlb etmişdi.

Məltəm Talıbzadə

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər