Modern.az

Tanrı möcuzəsi, 55 yaşını qeyd edən əlaçı ALİMə bir epitafiya - FOTOLAR

Tanrı möcuzəsi, 55 yaşını qeyd edən əlaçı ALİMə bir epitafiya - FOTOLAR

15 Avqust 2012, 12:10


5+5 bizim oxudan, yazıdan, imtahandan aldığımız əla qiymətdir.  Alim də ömrunun əla yaşına çatdı. Qiymətləri də bu yaşa kimi elə əla oldu. Tanrının da bütün imtahanlarından əla çıxıb. Əvvəl bu əlaları Azərbaycan musiqisevərlərindən qazandı, sonra Azərbaycana əla gətirdi. Dünyanın harasına getdisə, harada oldusa,  təəccübləndirdiyi insanların  “bu əla oxuyan kimdir” süalına bir cavab alındı: “Azərbaycanlıdır!”.

Bəli, bu əlaçı oglan harada olursa, Vətənə  “əla”  gətirir. Çünki özü başdan-ayağa əladır, əla. Kimləri vurgun etmədi, kimləri dost etmədi səsinə və vətənimizə. 

Dünən axşam  əla dostlarını və yaxın ailə üzvlərini yığmışdı süfrəsinin başına.  Ömrünə qonaq gələn  5+5-i onlarla birlikdə qeyd edirdi. Onların içərisində Alimin səsinə vurğun olan nə nazir, nə deputat, nə də komitə sədri  var idi. Alim həmişə belə təmtəraqlardan uzaq olsa da, özü olduğu məclisə təmtəraq  gətirib. Muasir və bu günümüzə gələn mugamımızın, yaddan çıxan musiqilərimizin, yeni imorivizələrimizin Şah babası ALİM.

Bu yubiley törənində  özləri məclisdə omayıb, ürəkləri onunla olan bir neçə dostunun videotəbrikləri səsləndi. Fərhad Bədəlbəyli Alimi dünya müsiqisinin möcüzəsi adlandırdı. Bir xatirə də danışdı: “Çində idik. Bilirsiniz də, Çində hər hansı parkda dolaşan 1000-2000 adam bizim 1-2 adamımız sayındadır. Çində Alimlə parkda gəzirdik. Birdən parkda bir simli alətdə çalan şəxs Alimin diqqətini cəlb elədi. Alim həmin şəxsə yanaşıb bir azca dayandı. Sonra havalandı. Səsi bütün parka yayılırdı. Bir də başımı qaldıranda onu gördüm ki, parkda bəlkə 10 mindən çox adam var. Və bu çinlilər 2 nəfər azərbaycanlını əhatə ediblər. O an sehr idi, möcüzə idi. İndi də yadıma düşəndə üşənirəm. Alim adamı dəli edə bilər. O oxuyur, səsi  yüksəlir, gedir və göylərin 7-ci qatını keçir”.

Məclisə gələn dostlarını Füzulinin qəzəli ilə salamlayandan sonra, Qədr gecəsinə düşən dögum günündən məmnun olduğunu bildirdi Alim. Dedi ki, Allahına o qədər möhtacdır ki, ömrünə düşən 55-ni bu Mübarək gecədə keçirmək qisməti də varmış. Ona görə də dostlarını, doğmalarını iftar süfrəsində görmək onun üçün böyük xöşbəxtlikdir. Sonra var-dövləti olan nəvələri baş-başa verib, gələn qonaqları və güvənc yerləri olan babalarını musiqi parçalarından ibarət Ramazan duaları ilə salamladılar. Bu əsildən-nəsildən, kökdən gələn səs Fərqanədə - böyük qızında özünü çox büruzə verir.

Nəsimini  biməyənlərə sevdirən, Nəsiminin bir parçasına dönən Rasim Balayev də dostunu elə Nəsiminin  qəzəli ilə salamladı. Alim də havalı səsi ilə baba Nəsiminin ruhunu şad etdi.

Dilbəra, mən səndən ayrı ömrü canı neylərəm?
Tacü təxti, mülki mali, xanimanı neylərəm?

İstərəm vəslü cəmalın ta qilam dərdə dəva,
Mən sənin bimarınam, özgə dəvanı neylərəm?

Ey müsəlmanlar bilin ki, yar ilə xoşdur cahan,
Cünki yardan ayrı düşdüm, bu cahanı neylərəm?

Çox dualar qılmışam mən xaliqin dərgahına,
Çün muradım hasil olmaz, mən duanı neylərəm,

Dilbər aydır Ey Nəsimi, sabir ol, qılma fəğan,
Mən bu gün sehr eyləsəm, daha fəğanı neylərəm.

Bu məclisdə  bayağı sağlıqlar, şərəfə deyilən sözlər yox idi.  Bu, Qədr gecəsində Alimin başına topladığı doğmaları, dostları ilə yaradana ibadəti idi. Bu gecə bütün arzular çin olacaqdı, çünki Allahin yerə göndərdiyi, bu möcüzəsi elə Tanrının özünün istədiyi kimi ibadətdə idi. Oxuduğu mahnılarla.... Tanrının ona verdiyini, gözəl bir şəkildə Tanrıya qaytarırdı. Cünki,

Tanrı sevgisidir, Tanrı payıdır,
Alimin bu yerdə yeri ayrıdır.

Oxuyurdu, bir at çapırdı, gah dağlara, gah daşlara, gah qayalıqlara vururdu atının başını, ancaq gör bir büdrəyirdimi, ruhu inciyirdimi, səsi dəyişirdimi?!  Tanrı bu səsi yerə göndərdi ki, insanlar kim olduqlarını anlasınlar, bilsinlər ki, hər şey keçəridir, ötərdir, qalan Tanrıya məxsus olanlardır.  Böyük bir yolun yolçuluğunda olan Tanrı müsiqisinin Şah babası Alim artıq əbədiyyətdir. O, bu əbədiyyətdə də ən əladır.






Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub