Modern.az

“Elmi fəaliyyət haqqında” qanun layihəsi hazırlanıb

 “Elmi fəaliyyət haqqında”  qanun layihəsi hazırlanıb

Parlament

30 Yanvar 2010, 13:15

“Qanun elmi fəaliyyət sahəsində dövlət siyasətinin məqsəd və prinsiplərini, elmi fəaliyyətin subyektlərinin və iştirakçılarının hüquq və vəzifələrini, elmi fəaliyyətin təşkilatı-hüquqi əsaslarını müəyyən edir”.  Modern.az saytı xəbər verir ki, bu barədə iclasda Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev bildirib.

Onun sözlərinə görə, bu qanunun qəbulu nəticəsində vətəndaşların əqli potensialının reallaşması və elmi nailiyyətlərdən istifadə edilməsində məqsədyönlü fəaliyyətin həyata keçirilməsi üçün hüquqi zəmin yaranır: “Elmi fəaliyyət yeni elmi biliklərin əldə edilməsi və tətbiqinə yönəldilmiş fəaliyyətdir. Buraya fundamental və tətbiqi elmi tədqiqatlar, elmi-texniki araşdırmalar, eksperimental işləmələr, elmi innovasiya və digər işlər aid edilə bilər”.

Deputatın fikrincə, elmi fəaliyyət sahəsində dövlət siyasətinin əsas məqsədi elmi potensialın inkişaf etdirilməsi, onun səmərəli yerləşdirilməsi və istifadə olunması, iqtisadiyyatın inkişafında və mühüm sosial vəzifələrin yerinə yetirilməsində, ölkənin müdafiə qabiliyyətinin, cəmiyyətin və dövlətin təhlükəsizliyinin möhkəmləndirilməsində elmin bazis rolunun artırılmasından ibarətdir: “Layihədə qeyd olunur ki, dövlət elmi müəssisə və təşkilatları yalnız müvafiq icra hakimiyəti orqanının qərarı ilə özəlləşdirilməyə açıq elna oluna bilər. Fundamental elmi tədqiqatlar aparan dövlət elmi müəssisə və təşkilatları özəllləşdirilə bilməz”.

Komitə sədri deyib ki, layihədə elmi fəaliyyətin maliyyələşdirilməsi ilə bağlı maddə də öz əksini tapıb: “Elmi fəaliyyətin maliyyələşdirilməsi dövlət büdcəsinin, elmi fəaliyyət subyektlərinin öz vəsaitləri və ya cəlb olunmuş vəsaitlər, o cümlədən qrantlar və qanunvericiliklə qadağan olunmayan digər mənbələr hesabına həyata keçirilə biləcək”.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?