Modern.az

Bəşər Əsəd masonlara işləyir

Bəşər Əsəd masonlara işləyir

16 Avqust 2012, 12:49

OBAMA İSƏ İSLAMIN VƏ DEMOKRATİYANIN DÜŞMƏNİDİR

Daha bir çiban partlayıb dağılmaqdadır. Dağıldıqdan sonra təbii ki, şəfa da bulacaq bu çibanın yeri... Ancaq onun şəfasının insanlığın, yoxsa şeytanpərəstlərin xeyrinə olacağı sual altındadır. Fəqət, bu  yaranın ağrı və cəfasını sadə insanların, xüsusən də müsəlmanların çəkdiyi göz önündədir. Yaxşı ki, hər xeyirdə bir şər, hər şərdə bir xeyir var... Söhbət Suriya rejimindən gedir. Ərəb diktatorlarının zorakılığıyla qurulmuş rejim yəhudi-ingilis  təxribat planlarının nəticəsi olan daxili zorakılıqla yıxılmaqdadır. Ancaq maraqlısı odur ki,  vaxtilə həmin yəhudilər də, ingilislər də, elə fransızlar da müsəlman ölkələrində bu cür diktatura rejimlərinin formalaşmasında maraqlı olublar. Çiban misalını boşuna çəkmədim. Əsrlərdir ki, insanlıq düşmənləri Allah yolu ilə, təbii təkamüllə inkişaf etməkdə və ya dağılmaqda olan sistemləri öz ssenarilərinə uyğun idarə etmək üçün çox vaxt “çiban” taktikasına əl atmışlar. Buna misal kimi SSRİ adlı eksperiment imperiyanı da göstərmək olar... 

Çar Rusiyasını islahatlar yolu ilə böhrandan qurtarıb inkişaf etdirməyə çalışan Stolıpini aradan götürtdürənlər Moskavnın işğalı altında olan ərazilərdə “SSRİ” adlı nəhəng bir “çiban” yetişdirərək buradakı xalqları qat-qat artıq zülmlərə məruz qoydular... Nəhayət, 1988-1991-ci illərdə daxili etnik münaqişələr və iqtisadi böhran vasitəsiə çökdürülən “Qirmızı imperiya”nın dağıntıları altında  qalan müstəmləkə xalqlarının çoxu, xüsusən də müsəlman-türklər, o cümlədən biz azərbaycanlılar 20 ildən çoxdur ki, inləməkdəyik... Hələ bu ərazilərdə də yeni-yeni  “çiban”lar yetişdirilib-partlamaqdadır... Mərkəzi Asiya, Yaxın Şərq, Balkanlar və Şimali Afrika xalqları üçün isə ən  acınacaqlı günlər 1917-ci ildə 500 illik Osmanlı dövlətinin çökməsi ilə başladı. Bu nəhəng müsəlman-türk dövlətinin dağılmasında Rusiyanın rolu olsa da, Böyük Britaniya Krallığının “əməyi” daha böyükdür. Əslində çiçəklənən çağlarında Osmanlı kimi bir dövləti “imperiya” adlandırmaq insafsızlıq olardı. Adları çəkilən region ölkələri ən sakit və qalmaqalsız çağlarını məhz Osmanlı dövründə yaşayıblar. İndi  bir çox ərəblər, xüsusən Yəmən xalqı Osmanlı dövrünün xiffəti ilə yaşadıqlarını etiraf edirlər...

Bu gün xaos və anarxiya dumanına bürünmüş Əlcəzair, Liviya, Livan, Misir, İraq kimi ölkələr, o cümlədən  vətəndaş müharibəsinin pik günlərini yaşayan Suriya da məhz Osmanlını parçalanmasından sonra qara günlərə qaldılar... İslam düşmənləri gecə-gündüz onun çiçəklənməsinin qarşısını almaq üçün yollar arayırdılar. 11-12-ci əsrlərdə 200 illik Səlib yürüşlərindən bir nəticə hasil olmadı... XVİII əsrdə  Böyük Britaniya Krallığı Osmanlını parçalamaq, İslamı diz çökdürmək üçün 1000 səhifədən ibarət minillik plan tərtib etdi. Həmin planın maddələrindən birində deyilir:”Sadə müsəlmanlar arasında cənnət hekayələrini yaymaqla onlara bu dünyada həyat quruculuğu ilə məşğul olmağın mənasız olduğunu, yalnız o dünya –Axirət üçün çalışmağın vacibliyini təlqin etmək, onların hökmdarlarına isə “siz Allahın Yer üzündəki kölgələrisiz!”  fikrini aşılamaqla onları despotizmə, zorakılığa və özbaşınalığa təhrik etmək. Nəticədə isə İslam dünyasında hakimiyyətin yalnız zorakılıq və diktatura sayəsində qurulması təəssüratını yaratmaq...”. Digər bir maddədə isə bunun davamı kimi yazılır: ”...Ləkəli liderlər, amansız hərbçi komandirlər yetişdirilməsinə xüsusi diqqət yetirmək, belələrini hakimiyyətə gətirmək...”.

Maraqlansanız, oxşar maddələr masonların planlarında, o  cümlədən Sion Müdriklərinin Protokollarında da kifayət qədərdir... Düşmənlərimizin  bu cür planları həyata keçirməkdə zaman-zaman böyük uğurlar əldə etdikləri göz önündədir. Onlar Mustafa Rəşid paşa, Əli paşa, Fuad paşa və Tələt paşa kimi “milli” masonları, eyni zamanda yəhudi və erməni qarışıqları olan əsli-kökü  naməlum digər şəxsləri hakimiyyətə gətirməklə Osmanlını çökdürməyə nail oldular. Sonra isə növbə çatdı “Osmanlı zülmündən canını qurtarmış” ölkələrə... Fikir verirsinizmi  Britaniyanın, Fransanın “müstəqillik” verdiyi ölkələrin əksəriyyətinin başına  sonradan  ya vəhhabilər, ya da  ləkələnmiş hərbçi diktatorlar  gətirilmişdir:  Səudiyyə Ərəbistanı, Küveyt,  İraq,  Misir, Liviya və Suriya... Bu, “çibanyetişdirmə” silsiləsinin davamı olmuşdur... Burda hər iki halda, rejim qurulanda da, yıxılanda da müsəlmanlar qətlə yetirilir, təhqir olunur, aşağılanır... 

Öz müsəlman dindaşları tərəfindən İraq diktatoru Səddamın Qurban bayramı günü  asılması, Liviya lideri Kəddafinin görünməmiş vəhşiliklə, təhqirlərlə qətlə yetirilməsi, Misir prezidenti Mübarəkin biabırçı şəkildə xərəkdə  məhkəməyə çıxarılması və s. düşmənlərimizin İslamı  məhv etməyə yönəlik  xain planlarının tərkib hissələridir. Suriya prezidenti Bəşər Əsədin  taleyinin də həmin ssenariyə uyğun olacağına şübhələr getdikcə azalmaqdadır. Fransız müstəmləkəçilərindən 1941-ci ildə alınmış müstəqillik illərində 7 hərbi çevrilişdən sonuncusunu Bəşərin atası Hafiz törədərək hakimiyyətə gəlmiş və 10 minlərlə vətəndaşı qətlə yetirərək bütün dünyada amansız diktator imici qazanmışdı. Atasının ölümündən sonra hakimiyyəti təhvil almış oğul Bəşər mason-sionistlərin dəyirmanına daha çox “uğur” suyu tökdü. Ölkədəki xaosun qonşusu İsrailin, ABŞ-ın və s. kəşfiyyat qurumları tərəfindən təşkil olunması şəksizdir. Amma bir illik vətəndas müharibəsində 20 mindən çox insanın (əksəriyyəti, əlbəttə, müsəlmandır)    qətlə yetirilməsinə baxmayaraq kürsünü əldən vermək istəməyən və daha çox müsəlmanın məhvinə şərait yaradan  bu diktator da Səddam, Kəddafi, Mübarək və s.  sələfləri kimi  bilərəkdən ya  bilməyərəkdən bəşər, İslam düşmənlərinə işləyir... Ancaq insan haqlarından, demokratiyadan dəm vurararaq  belə diktatorları dünya ictimaiyyətinin qınağına hədəf edən Qərb dövlət başçıları, xüsusən mason-sionist planlarının əsas aparıcısı olan ABŞ lideri Obama da Buş, Kilinton, ata Buş və s. kimi  əslində İslamın və demokratiyanın dostu yox,  düşmənidirlər. Çünki  son onilliklərdə onlar yalnız yüz minlərlə müsəlmanı deyil, eyni zamanda insanlıq, demokratiya ideyalarını amansızcasına güllələyir, bombalayırlar... Myanmada müsəlmanların açıq soyqırımına göz yummaları da onların dost cildində düşmən olduqlarını bir daha isbata yetirir...     
Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi