Modern.az

“Toy söhbəti uydurmadır” - model Günay Musayeva

“Toy söhbəti uydurmadır” - model Günay Musayeva

16 Avqust 2012, 16:32

Bəzi saytlarda Türkiyənin tanınmış aktyoru Tolqa Karel ilə ailə quran azərbaycanlı model Günay Musayevanın övladına kiçik toy etməsi barədə məlumatlar gedib. Kiçik toyda azərbaycanlı  modelin oğlunun kirvəsi kimi “Azad Azərbaycan” televiziyasının keçmiş prezidenti Tağı İbrahimovun oğlu Elşən İbrahimovunadı çəkilib. 

Modern.az-a danışan model Günay Musayeva bütün bunlara aydınlıq gətirdi: “Mediada az əvvəl mənim haqqımda məlumatlar yayılıb. Bunların necə uydurulduğunu bilmirəm”.

“Səhər bir dostum mənə müsahibə üçün sms yazdı, mən də “müsahibə vermirəm” deyə cavab yazdım. Mən demədim ki, yoldaşım icazə vermir, nə də azərbaycanlılara müsahibə verməyə yoldaşım qoymur. Mən də jurnalist olmuşam, niyə müsahibə vermirəm ki? Sadəcə indi nə türk, nə də Azərbaycan mətbuatına müsahibə vermək istəyirəm, buna da heç kim qarışa bilməz. Mənim dilimdən çıxmayan heç bir sözü xəbər etməyin, uydurmayın”, – deyə G. Musayeva qeyd edib.

Oğluna kiçik toy etmək məsələsinə də toxunan model bildirib ki, belə şey olmayıb.

“Toy edəndə məlumatınız olacaq. Ancaq hələlik bunlar hamısı yalandır”.

Sevinc İltifatqızı
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir