Modern.az

Gəncliyə Yardım Fondunda Məmməd Aslanın 70 illik yubileyi keçirilib

Gəncliyə Yardım Fondunda Məmməd Aslanın 70 illik yubileyi keçirilib

Ölkə

30 Yanvar 2010, 15:37

Bu gün Gəncliyə Yardım Fondunda türk dünyasının bənzərsiz söz ustadı Məmməd Aslanın 70 illik yubileyi keçirilib. Şair, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, əməkdar mədəniyyat işçisi Məmməd Aslan 1939-cu il dekabrın 24-də Azərbaycanın Kəlbəcər rayonunun Laçın kəndində ziyalı ailəsində anadan olub. Klassik ədəbiyyata dərin bələd olan atasının gözəl şeir demək təbi olsa da, onları çap etdirməyib. Lakin bunlar kiçik yaşlı oğlunda şeirə-sənətə tükənməz həvəs oyadıb. Kəlbəcər qəsəbəsində (indi şəhərdir) orta məktəbi bitirdikdən sonra APİ-nin filologiya fakültəsində təhsil alıb (1957-1962). Əmək fəaliyyətinə Kəlbəcər rayonundakı Yanşaq, İstisu kənd məktəblərində müəllim kimi başlayıb. O, Kəlbəcər qəsəbəsində bir müddət müəllimlik etdikdən sonra rayonda nəşr olunan çoxtirajlı «Yenilik» qəzeti redaksiyasında məsul katib işləyib. 1970-ci ilin axırlarında Bakıya köçüb, burada «Ulduz», «Azərbaycan təbiəti» jurnallarında, «Azərbaycan gəncləri», «Ədəbiyyat və incəsənət» qəzeti redaksiyalarında çalışıb, «Yazıçı» nəşriyyatında böyük redaktor olub. Hazırda təqaüddə olan sənətkar bədii yaradıcılığa 1960-cı ildə «Azərbaycan müəllimi” qəzetində çıxan ilk şeirilə başlayıb.

Bir sıra beynəlxalq və respublika mükafatları laureatıdır. «Şöhrət» ordeni ilə təltif edilib (2000).

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi