Modern.az

N saylı hərbi hissədə baş verənlər hamımız üçün ağırdır...

N saylı hərbi hissədə baş verənlər hamımız üçün ağırdır...

Parlament

30 Yanvar 2010, 19:22

Milli Məclisin deputatı, orduya ictimai nəzarət komissiyasının üzvü Həvva Məmmədova Daşkəsəndəki N saylı hərbi hissədə baş verən olaydan ciddi narahat olduğunu bildirib. Modern.az saytına açıqlamasında deputat əminliklə deyib ki, qanun çərçivəsində məsələ araşdırılacaq: “Bu məsələ hər bir Azərbaycan vətəndaşı üçün  ağrıdır. Amma onu da qeyd etməliyəm ki, ordu da bütövlükdə cəmiyyətimizin tərkib hissəsidir. Сəmiyyətdə müxtəlif cinayət hadisələrinin törədildiyinin demək olar ki, hər gün şahidi oluruq. Ordu da böyük bir kontigentdir. Burada müxtəlif düşüncə sahibləri var. Ona görə də bu məsələdə birbaşa kimlərisə təqsirləndirmək düzgün olmazdı. Məsələyə məntiqlə yanaşsaq, belə nəticəyə gəlmək olar. Orduda belə situasiyanın yaranması heç birimiz üçün arzuolunan deyil”.
H.Məmmədova deyib ki, dünyanın ən güclü orduları belə, bu kimi hallardan sığortalanmayıb: “Bu fikirlə baş verən faciəyə haqq qazandırmaq istəmirəm. Məsələ hamımız üçün agır və gözlənilməz oldu. Amma Azərbaycan ordusunda quruculuğu, islahatları da görmək lazımdır. Cənubi Qafqazda ən güclü ordunun Azərbaycan ordusu olduğunu bütün dünya qəbul edir. Bizdə orduya ayrılan vəsait bütövlükdə Ermənistanın büdcəsi qədərdir. Məncə, bütün bunlar hər şeyi deyir. Ona görə də orduya yanaşmada bu faciədən dolayı danışmaq yanlış olardı”.

Modern.az

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir