Modern.az

Niyə dünyada müsəlmanlar daha çox qırılır?

Niyə dünyada müsəlmanlar daha çox qırılır?

21 Avqust 2012, 14:22

Bu sualı daha çox İslamın, müsəlmanlığın, dünya həyatının mahiyyətini anlamayanlar verirlər. Və bununla öz cahilliklərinə, imansızlıqlarına, namazdan, orucdan uzaq olmalarına bəraət qazandırmağa çalışırlar: “Əşşi, nə namaz, nə oruc? Görmürsüz harda başını yerə qoyub əlini göyə qaldırıb “Allahu Əkbər” deyən var, başlarına güllə, bomba yağır, acından, susuzluqdan, zəlzələdən, daşqından və s. qırılırlar”....
İlk baxışdan bu fikri həqiqət kimi qəbul edənlər də düşünür ki, doğrudan da bu gün əksər müsəlman ölkələrində: Fələstin, Liviya, Misir, Əlcəzair, İraq, Suriya, Türkiyə, Əfqanıstan, Pakistan, eləcə də Myanma kimi müsəlmanlar azlıqda olan ölkələrdə İslam davamçılarını ya xarici işgalçılar, ya daxili rejim qətlə yetirir, ya da bir-birlərini qırırlar. Əgər müsəlmanlar Yaradana ibadət, qulluq edirsə, bəs niyə bir belə qırğına, əzaba düçar olurlar?..

Əvvəla, bu dünyadakı hər şey bir imtahandır:”Əlbəttə, biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can(övlad) və məhsul qıtlığı ilə imtahan edərik.(Ya Muhəmməd! Belə imtahanlara səbr edən şəxslərə müjdə ver!)”(əl-Bəqərə, 155)...

Allah-təala kimin daha düzgün, daha təqvalı müsəlman olduğunu müəyyən etmək üçün bizləri sınağa çəkir.  İmam Həsən(ə.s.) buyurur:”İnsanlar nemət içində rahat yaşayarkən gizlidirlər,  elə ki, başlarına bəla gəldi, öz həqiqi simalarına dönərlər, mömin imanına qayıdar, münafiq də nifaqına”... Bu mənada bütün bəşəriyyətin gözü önündə görünməmiş vəhşiliklərə, qırğınlara, mənəvi və maddi əzab-əziyyətə məruz qalan Fələstin xalqının dözümü, dəyanəti, imansız sionistlərə qarşı mübarizədən dönməzliyi hamımız üçün örnək olmalıdır...

İkincisi, tarixən digər din davamçıları, xüsusən xaçpərəstlər arasında da çox qırğınlar olub. Yalnız 1572-ci ilə Parisdəki “Varfolomey gecəsi” adlanan  xaçpərəstlərin müxtəlif məzhəbləri arasındakı qırğında bir gecədə 40 minə yaxın xaçpərəst qətlə yetirilib. Birinci və İkinci Cahan müharibələri əsasən xaçpərəst ölkələrin ərazisində cərəyan edib və həlak olanların da əksəriyyəti xaçpərəst olub... İndi də Allahın məsləhəti belədir: müsəlmanlar daha çox qırılır...

Üçüncüsü, əksəriyyətin: imanlının da, imansızın da qəbul etdiyi əsas dünyəvi səbəb odur ki,  İblis, dünyanı Allahın əlindən alıb(əstəğfürullah) idarə etməyə çalışan   mason, sionist, satanist kimi tanıdığımız şər qüvvələr bütün planet boyu genişmiqyaslı hücuma keçiblər. Və bu hücumun əsas hədəfi müsəlmanlardır. Ancaq planlarından məlum olur ki, onlar  xaçpərəstliyi,  hətta iudaizmi də məhv edib öz məqsədlərinə uyğun  yeni bir din formalaşdırmağa çalışırlar...

Deməli, müsəlmanlar əsas hədəfdirsə, müsəlman ölkələrində münaqişələrin, terror aktlarının, müharibələrin və s. çoxalması da təbiidir...

Dördüncüsü,  ikinci əsas dünyəvi səbəb əksər müsəlman ölkələrinin aparıcı dövlətlər və qüvvələr üçün cəlbedici sərfəli coğrafi-siyasi mövqeyə və yeraltı, yerüstü sərvətlərə, o cümlədən  neft və qaza malik olmalarıdır...

Beşincisi, son əsrlərdə  İslam ökələrində savadsızlığın, elmsizliyin, cəhalətin, təriqət və məzhəb ayrıseçkiliyinin, eləcə də iqtisadi böhranın çoxalmasıdır ki, bunun da kökündə yenə də əsasən  düşmənlərimizin məkrli planları dayanır.

Altıncısı, Abdürrəhman adlı oxucumuzun  Bəşər Əsədlə bağlı yazımıza şərhində çox haqlı olaraq qeyd etdiyi kimi,  müsəlman adlanan insanlar çoxunun  şeytanpərəstlərin fitvalarına uyaraq dünya həyatına qapılıb ağır günahlar edirlər. Allah xəbərdarlıq edir:”Sizə üz verən hər bir müsibət öz əllərinizlə qazandığınız günahlar ucbatındandır”(əş-Şura, 30)...

Yəni  yaşadığımız hər bir bəla, çətinlik, hətta yüngül bir xəstəlik belə, əvvəllər etdiyimiz günahların kəffarəsidir, yuyulmasıdır. Bu məntiqlə  dünyada daha çox əzab-əziyyətə düçar olan şəxslərin Axirətdə cəzaları yüngülləşəcək. Odur ki, Peyğəmbərimiz(s.s.)buyurur:”Ümmətim bağışlanmış bir ümmətdir. Çünki onların əzabları bu dünyada başlarına gələn fitnələr, zəlzələlər və qətllərdir”...

Burada maraqlı, sual doğuran cəhət odur ki,  xaçpərəst və yəhudilər müsəlmanlardan daha çox günah edir (kütləvi şərab içirlər, donuz əti yeyirlər, zina edirlər, dinc müsəlmanları  qətlə yetirlər və s.), bəs Yaradan  onları niyə cəzalandırmır. Əvvəla, onlar da müxtəlif yollarla cəzalandırılır(son onilliklərdə Amerika və Avropanı bürüyən anomal isti, yaxud soyuqlar, yanğınlar, daşqınlar, tufanlar və s.)... Amma Tanrı onların cəzasının çoxunu Axirətə saxlayır ki, əzabları daha da ağır olsun...

  O da var ki, bu dünyada ölmək, yaralanmaq, ac-susuz  qalmaq hələ bədbəxtlik demək deyil. Əsl  xoşbəxtlik və bədbəxtlik o biri dünyada - Axirətdədir. Bu gün güllədən, raket zərbələrindən, dağıntılar altında qalaraq dünyadan köçən  müsəlmanların xeyli hissəsi bəlkə də Allah qatında şəhid hesab olunurlar. Şəhidlər isə ölmürlər, Allah dərgahında diridirlər”(əl-Bəqərə, 154)...

Amma bu o demək deyil ki, özünü yeri gəldi, gəlmədi(bəzən xəbərimiz olmadan düşmənlərimizin  fitvalarıyla) ölümə atıb cənnət arzusuyla bu dünyadan köçmək lazımdır. Peyğəmbərimizin(s.s.) bir çox hədislərində deyildiyi kimi, əsl mömin həm bu dünya, həm də Axirət üçün layiqincə, halallıqla yaşamalıdır, bu həyat Axirətin əkin yeridir...

Bəs  bu dünyada  və Axirətdə nicat yolu tapmaq üçün nə etmək gərəkdir.Yaradan buna çox gözəl cavab verir:”...Nəfsini pisliklərdən təmizləyən qurtulmuşdur...”(Şəms,9)  

Gəlin, heç olmasa, gündə bir dəfə Myanmada, Fələstində, Suriyada, İraqda, Əfqanıstanda, Türkiyədə və s. qətlə yetirilən, əzablara məruz qalan müsəlmanlar üçün, eləcə də Qarabağımızın azadlığı üçün birlikdə dua edək...

Allah özü bizi həm bu dünyada, həm də Axirətdə nicat tapanlardan qərar versin! Amin!

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir