Modern.az

Moskvada Atatürkün portretini yandırıblar

Moskvada Atatürkün portretini yandırıblar

22 Avqust 2012, 18:43


Modern.az
xarici KİV-ə istinadən xəbər verir ki, ötən gecə Moskvada baş tutan “Spartak” – “Fənərbaxça” oyunu öncəsi qalmaqal yaşanıb.

Hələ oyun başlamazdan əvvəl “Spartak”lı azarkeşlərin “Fənərbaxça”lı fanatlara hücumu baş verib. Moskva klubunun 20-dək tərəfdarı bir qrup türk azarkeşi döyüb.  Nəticədə həm də türkiyəli azarkeşlərin oyuna gətirdikləri üzərində Atatürkün  portreti olan plakatlar cırılıb. Bu azmış kimi, rus fanatlar Atatürkün şəkli olan plakatları oyun zamanı da yandırıblar.

UEFA-nın intizam komitəsinin “Spartak” klubu azarkeşlərinin hərəkətlərilə bağlı ölçü götürəcəyi gözlənilir. Xatırladaq ki, Çempionlar Liqasının bu oyununda ruslar türklərə 2:1 hesabıilə qalib gəliblər. Cavab oyunu bir neçə gündən sonra İstanbulda keçiriləcək.

Aygün ASİFQIZI  
Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi