Modern.az

Binəqədidə iki avtobus toqquşub, 5 ölü var (fotolar)

Binəqədidə iki avtobus toqquşub, 5 ölü var (fotolar)

1 Fevral 2010, 10:04

Bu gün səhər saaatlarında Bakının Binəqədi rayonunda ağır yol qəzası baş verib. Modern.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, Binəqədi rayonuna işləyən 106 və 285 saylı sərnişin avtobusları toqquşub. Hadisə Binəqədi rayonu ərazisindəki “Emil petrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığında baş verib. Hər iki avtobusun sürücüsü yerindəcə keçinib. Sərnişinlərdən də xeyli ölən və yaralanan var. Hazırda ərazidə böyük tıxac yaranıb. Hadisə yerində çoxlu yol polisi. təcili tibbi yardım maşınları var. Əməkdaşımız hadisə yerində olan yol polislərindən 5 nəfərin öldüyünü, 10 nəfərin isə yaralandığını öyrənib. 106 saylı avtobus boş olub, qarajdan gəlirmiş, 165 saylı avtobus isə sərnişinlərlə dolu olub. Fövqəladə Hallar Nazirliyi hadisə ilə bağlı açıqlama yayıb. Bildirilib ki, Bakı şəhəri, Binəqədi rayonunda "Daewoo" və "İveco" markalı 2 sərnişin avtobusu toqquşub. Nəticədə, "Daewoo" markalı avtobusun sürücüsü 1954-cü il təvəllüdlü Ramiz Cümşüd oğlu Seyfullayev, həmin avtobusda olan 1 nəfər sərnişin və "İveco" markalı avtobusda olan 1 nəfər sərnişin həlak olaraq deformasiyaya uğramış nəqliyyat vasitələrində sıxılmış vəziyyətdə qalıblar. Xilasedicilər həmin şəxslərin cəsədlərini avtomobillərdən çıxararaq aidiyyəti üzrə təhvil verib, həmçinin, yanacaq-sürtgü materiallarının ətrafa dağılması nəticəsində baş verə biləcək təhlükənin qarşısını almaq məqsədilə hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb. Əməliyyat saat 08:08-də başa çatıb.

 

 

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı