Modern.az

Obama, Kemeron və Olandla Suriyaya dair razılığa gəldi

Obama, Kemeron və Olandla Suriyaya dair razılığa gəldi

Dünya

23 Avqust 2012, 18:45

QƏRB SURİYAYA HƏRBİ MÜDAXİLƏYƏ HAZIRDI

  ABŞ, Böyük Britaniya və Fransanın İsrail və İordaniyadakı xüsusi hərbi birləşmələri Suriya kimyəvi silahlarının “Əl-Qaidə“ və “Hizbullah“ kimi terrorçu təşkilatların əlinə keçə biləcəyindən dolayı yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.

Qərb hərbi kəşfiyyatına istinadən bildirilir ki, prezident Barak Obamanının avqustun 20-də „biz razı ola bilmərik ki, kimyəvi və ya bioloji silahlar yanlış əllərə keçsin“ xəbərdarlığından sonra bu istiqamətdə proseslər sürətlənib.
Belə ki, bu gün Obama Böyük Britaniyanın baş naziri Devid Kemeron və Fransa prezidenti Fransua Olandla Suriyaya müdaxilənin detallarını müzakirə edib.  

Amerika mediası qeyd edir ki,Suriyada kimyəvi və bioloji silahlar saxlanılan hərbi bazalar ABŞ tərəfindən kosmik peyklər və pilotsuz uçaqlar vasitəsi ilə anbaan izlənilir. 

İddia olunur ki, adı çəkilən ölkələrin Suriyaya hərbi müdaxiləsi yaxın günlərdə həyata keçirilə bilər. Nəticədə bu, İsrailin nüvə təhlükəsindən dolayı İrana gözlənilən hücumunun qarşısını ala bilər. Üstəlik, Qərblə İran arasında uranın zənginləşdirilməsi ilə bağlı danışıqlarda ciddi irəliləyişə təkan verə bilər.

Elbəyi Həsənli,
İsveçrə
 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!