Modern.az

Azərbaycanda jurnalların oxunmamasına səbəb nədir? - Tanınmışların RƏYi

Azərbaycanda jurnalların oxunmamasına səbəb nədir? - Tanınmışların RƏYi

Mədəni̇yyət

24 Avqust 2012, 13:22


Bu gün Azərbaycanda onlarla jurnal çap olunsa da, onlar satış bazarında özlərinə yer tapa, oxucu auditoriyası toplaya bilmir.
Modern.az bunun səbələrini araşdırmağa çalışıb. Məsələ ilə bağlı tanınmış şəxslər fikirlərini bizimlə bölüşüblər.

Əkrəm Əylisli: “Jurnalları tanıyıb, bilsəm də adlarını çəkmək istəmirəm”

Yazıçı Əkrəm Əylisli Azərbaycanda çıxan jurnalların oxunmama səbəbinin birmənalı olmadığını deyib:
“70-80 ci illərdə bizim jurnalların tiraji durmadan artırdı, bunun bir səbəbi o vaxt Azərbaycanda çoxlu - 7 minə yaxın – kitabxanaların olması idi. Bununla yanaşı,  məktəb kitabxanaları jurnaların hər çıxan nömrəsindən bir nüsxə mütləq alırdı. Yəni jurnalların yayılması, təbliğatı çox güclü idi”.

Ə.Əylisli digər səbəb kimi qeyd edib ki, hazırda internet hər şeyə qalib gəldiyi kimi, çap mətbuatına da təsir edib: ”Kimin nəyinə lazımdı ki, gedib kitabxanada oturub jurnal oxusun, əlini atır internetə, bir az baxır və elə başa düşür ki, artıq hər şeyi bilir”.
Əkrəm Əylislinin fikrincə, hazırda insanlar ona görə jurnallardan uzaq düşüblər ki, əslində onlar elə yazlı sözdən uzaq olmaq istəyirlər: “Çünki yazılı sözü indi ucuzlaşdırıblar, artıq yazılı sözə inam qalmayıb…
Hər yazının öz auditoriyası olmalıdı, lakin indi vaxtilə mövcud olmuş auditoriyalar dağılıb. Bunun səbəbi isə mövzuların təkrarlanması, şəxsiyyətlərin azalmasıdır”.
 
Əkrəm Əylislinin sözlərinə görə, hazırda heç şəxsiyyəti qiymətləndirmirlər də. “Lakin sovet dövründə fərqli idi”-deyə o, bildirib.
”İndi mən də əlimə jurnal almıram, çünki elə jurnallar var ki, əlimə alanda iyrənirəm, oradakı çox yazılar adi, sıradan və hansısa siyasi marağa xidmət edən məqalələrdi, onlarla vaxtımı keçirməkdənsə, çalışıram indiyə qədər oxumadığım dünya ədəbiyyatı nümunələrilə tanış olum”.
 
Şahbaz Xuduoğlu: “Jurnallar yalnız reklam yığıb, reklam yemək üçündür”

“Qanun” Nəşrlər Evinin direktoru Şahbaz Xuduoğlu isə bildirib ki, indiki dövürdə oxucular aldanırlar, demək olar Azərbaycanda aldanmayan adam çox azdır.
Şahbaz Xuduğlu bu gün jurnalların satılıb, oxunmamasının səbəbini onunla izah edir ki, “mətbuat əlində cəmiyyətin problemlərini bayraq edib dayanmalı, bu problemlərədən bəhs etməlidi. Lakin bugünkü jurnallar qlamur jurnallardı”.

“Sadə oxucu  bu jurnalları baha olduğu üçün ala bilmir, alsa belə, oradakı yazılar onu qane etməyəcək, buna görə də heç maraqlanmırlar”-deyə naşir vurğulayıb.

Ş.Xuduoğlunun fikrincə, indiki jurnallar yalnız reklam yığıb, yemək üçündür. Hər bir sivil, xarici ölkədə reklam büdcəsinin olduğunu bildirən Xudoğlu deyir ki, bu büdcə düzgün xərclənməlidi, Azərbaycanda isə reklamlar yalnız hansısa marağa xidmət edən jurnallara xərclənir. 

Ş.Xuduoğlu oxuduğu bir neçə Azərbaycan  jurnalının adını da çəkib. Onlar sırasında “XXI əsr” jurnalını xüsusi qeyd edib. Amma ən çox xarici jurnallar oxuduğunu deyib. Bunlar “Exo planetı”, “Novaya vremya”, “Men health” jurnallarıdır.

Məltəm Talıbzadə

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!