Modern.az

Daha iki deputat Güney Azərbaycandakı zəlzələ qurbanlarına pul köçürdü

Daha iki deputat Güney Azərbaycandakı zəlzələ qurbanlarına pul köçürdü

27 Avqust 2012, 10:04

Güney Azərbaycan ərazisində baş verən zəlzələ ilə bağlı Azərbaycan Qızıl Aypara Cəmiyyətinin başlatdığı yardım aksiyasına daha iki millət vəkili qoşulub.

Cəmiyyətdən Modern.az-a verilən məlumata görə, millət vəkilləri Novruz Aslan və Qənirə Paşayevadan sonra Qüdrət Həsənquliyev və Ayaz Orucov da İrandakı soydaşlarımıza yardım ediblər. Qüdrət Həsənquliyev 394 AZN, Ayaz Orucov isə 2100 AZN məbləğində yardım fonduna pul köçürüb.

Ümumilikdə avqustun 14-də başlanan kampaniyaya bu günədək 12079 manat vəsait yığılıb.

Xatırladaq ki, millət vəkili Qənirə Paşayeva zəlzələdən dərhal sonra Azərbaycan Milli Məclisinin deputatlarına çağırış edərək onları bu yardım kampaniyasına köçürməyi təklif etmişdi.

Kampaniya başlayanda Q.Paşayevanın özü 2500 manat, Novruz Aslan isə 1000 manat məbləğində yardım edib.

Avqustun 11-də İranın Güney Azərbaycan bölgəsində dəhşətli zəlzələ baş verib. Fəlakət zamanı 300-ə yaxın insan ölüb, 5000 nəfərin isə yaralandığı bildirilib.

Anar RÜSTƏMOV
Whatsapp
Bizə yazın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər