Modern.az

“Hafiz Hacıyev ağzını Allah yoluna qoysa, onu məhkəməyə verəcəm”

“Hafiz Hacıyev ağzını Allah yoluna qoysa, onu məhkəməyə verəcəm”

Mədəni̇yyət

28 Avqust 2012, 19:15

Mərhum eks-prezident Əbülfəz Elçibəyin zəhərləndiyini iddia edərək, Prokuroruluqda cinayət işi açdıamağa nail olan Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bu məsələdə AXCP sədri Əli Kərimlini hədəf seçib. H.Hacıyev Əli Kərimlinin müdafiəsinə qalxan Xalq artisti Flora Kərimovanın da ünvanına çox sərt ifadələr işlədib:

“Mənim əleyhimə danışan Flora Kərimova əxlaqsızın biridir, o, ərindən 40 ildir boşanıb” deyə, partiya sədri qeyd edib.

Modern.az bu məsələ ilə bağlı Xalq artistindən münasibət öyrənib. Flora Kərimova bildirib ki, Hafiz Hacıyev indiyə qədər özünü biabır eləyib: “İndi də özünü bu cəfəngiyyatla biabır etdi”.

Xalq artisti qeyd edib ki, Hafiz Hacıyevi normal adam saymadığı üçün ona ciddi əhəmiyyət vermir: “Axı o kimdir ki, ətraflı cavab da verim? Bəlkə də yeganə insandır ki, mən ona cavab vermək, onun səviyyəsinə enmək istəmirəm. Ümumiyyətlə, mən elə bir adam tanımıram. Ancaq ağzını çox açıb,  Allah yoluna qoysa, onu məhkəməyə verəcəm. Onun nə isə....”-deyə, F.Kərimova əlavə edib.

Sevinc İltifatqızı
Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı