Modern.az

“Nu, poqodi” Rusiyada qadağan olundu...

“Nu, poqodi” Rusiyada qadağan olundu...

Mədəni̇yyət

29 Avqust 2012, 19:39

Rusiyada SSRİ-nin məşhur “Nu, poqodi” cizgi filminin gündüz yayımlanması qadağan edilib. Modern.az rus KİV-lərinə istinadən bildirir ki, sentyabbrın 1-dən etibarən uşaqlar üçün nəzərdə tutulmuş bu film yalnız gecə efirində nümayiş olunacaq.
Rusiya Dövlət Teleradio Komitəsindən bildiriblər ki, canavar və dovşanın macəraları uşaqların sağlamlığı və inkişafına zərər vurur. Çünki filmdə xeyli sayda “zorakılıq səhnələri” var. Qeyd edək ki, sentyabrın 1-dən etibarən Rusiyada “Uşaqların ziyanverici informasiyalardan qorumaq haqqında” qanun qüvvəyə minir.

“Nu, poqodi” cizgi filmi həmin qanunun tələbləri ilə ziddiyət təşkil edir.

“Bizim üçün indi yalnız iki variant var: ya qanunu pozmalıyıq, ya da filmi gecəyarı nümayiş etdirməliyik”-deyə Teleradio Komitəsinin gənclər və yeniyetmələr studiyasının rəhbəri Tatyana Sıvareva bildirib.

KİV-lərin məlumatına görə, cizgi filmi “böyüklər üçün” kateqoriyasına düşməsinə səbəbkar baş qəhrəman olan canavar olub. Canavar siqaret tüstüləyir, uşaqları incidir, qadınlara qarşı ədəbsiz davranır. Qanun sentyabrın 1-dən qüvvəyə minəcək.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi