Modern.az

Bəşər Əsəd: "Suriyada axan qanın cavabdehi Türkiyə hökumətidir”

Bəşər Əsəd: "Suriyada axan qanın cavabdehi Türkiyə hökumətidir”

Dünya

30 Avqust 2012, 07:32

Suriya prezidenti Bəşər Əsəd əmisi oğlu Ramı Mahlufa aid olan "xüsusi" Dünya televiziyasına müsahibə verib. O, deyib ki, regional və qlobal bir döyüş icra edirlər: “Qazanmaq üçün zamana ehtiyacımız  var. Ölkəmizdə vəziyyətə görə Türkiyə günahkardır”.

 Əsəd, "Suriyada axan qanda Türkiyənin həqiqətən məsuliyyəti var" deyib. Müxalifin tərəfinə keçənlərə maneə törətməyəcəyini də söyləyən Əsəd, beləcə dövlətini yurdunu sevməyənlərdən təmizlənəcəyini də bildirib.

Müxbirin bir müddət görünməməsinə rəğmən "Haradasınız" sualına gülərək cavab verən Əsəd, "Buradayam, sizinlə studiyada otururam" ifadəsini işlədərkən rahat görünüb.

Əsəd Türkiyə ilə sürətlə pisləşən əlaqələrə toxunarkən "Bəzi Türk səlahiyyətlilərin cəhaləti üzündən geriyəmi gedəcəyik? Türk xalqı böhran müddətintə bizim yanımızda" deyib.

 Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!