Modern.az

Skripka – bu qeyri-milli musiqi aləti Azərbaycana necə gəlib?

Skripka – bu qeyri-milli musiqi aləti Azərbaycana necə gəlib?

Mədəni̇yyət

30 Avqust 2012, 11:49

Modern.az qeyri-milli musiqi alətləri ilə bağlı hazırladığı  silsilə yazılarını davam etdirir. Bu dəfə skripka alətinin yaranması tarixindən və onun Azərbaycana kimin tərəfindən gətirilməsini araşdırmağa çalışdıq.

Qədim zamanlardan bu günə kimi musiqinin bir möcüzə olduğunu, onun insanın əhval-ruhiyyəsinə böyük təsir göstərdiyini hamı etiraf edib. Xüsusilə də skripka musiqisinin. Bu alətin özünəməxsus bir səs rənginə sahib olduğunu musiqini sevən və onu dinlədikcə zövq alan insanlar daha yaxşı bilirlər. Səs rənginin təsir edici gözəlliyi ilə skripka, ən məşhur və sevilən alətlərdəndir. Dəyişən ruh vəziyyətlərini və ya təbiət gözəlliklərini detallı şəkildə canlandıra bilən musiqi zənginliyi, onu ideal bir solo çalğı simvoluna yüksəltmişdir.

Tonundakı istilik və şərh imkanlarının təmin etdiyi çeşidliliklə şərhçilər və dinləyicilər üçün usta bir anlatıcı mövqeyində olan skripkanın otaq əhval-ruhiyyəsi və orkestrdəki rolu böyük əhəmiyyət kəsb edir.

Ümumi görünüşü ilə boş cilalı bir rezonans qutusu üzərində boylu boyunca gərilmiş olan dörd teldən və uzun bir sapdan ibarətdir. Biçimindəki incəlikli dekorativ görünüş təsadüfi deyil. Ona bu soylu forması verən nisbətlər, akustik hesablarla təyin olunub.

Tarixin ən məşhur skripka düzəldən ustası Antonio Stradivari olub və o öləndə 100 yaşına yaxın idi və ildə bir neçə skripka düzəltsə də, onun skripkaları hələ də ən məşhur skripkalardır və onların qiyməti milyonlarla ölçülür.

Tanınmış ifaçı, bir çoxlarımızın “Maestro Ceyhun” kimi tanıdığı Ceyhun İsmayılov skripkanın Azərbaycanda hələ sovet dövründən populyar bir alət olduğunu söylədi:

“Skripkanın yaranması tarixi hələ XVI-XVII əsrlərə gedib çıxır. Onun özəlliklərindən biri də bu aləti Şərq ölkələrinin xalqlarını ifa etməsidir. Bu musiqi alətin XVI və XVII əsrdə italyanlar və fransızlar tərəfindən hazırlanıb və təkmilləşdirilib. Amma onun mənşəyi ta qədimlərə gedib çıxır. Onun qədimliyinin əsas göstəricilərindən biridə bu musiqi alətinin əvvəllər ifaetmə formasının başqa cür olması idi. Daha sonralar onu oturaq şəkildə dirsəyə qaldırılmış formada ifa edirdilər. Solo skripka ustaları onu ayaq üstə ifa edirdilər. Hətta Qədim Misirdə də buna bənzər musiqi alətləri yaradılıb. XVII əsrdə skripka məktəbi sırf skripka musiqi məktəbi əsasında təşkil olunub və tədris də belə qayda da aparılırdı. Skiripka hələ sovet dövründə populyar bir alətə çevrilib. Azərbaycanda ilk klassik skripka ifaçısı Azad Əliyev idi. O, sözün həqiqi mənasında əsl peşəkar bir ifaçıydı. Onunla yanaşı, Kazbek Əliyevin də adını xüsusilə vurğulamaq istəyirəm. Ansamblda skripkanı populyarlaşdıran və sevdirən isə Natiq Nuriyevdir. Sərvər Qəniyev də skripka ifaçıları arasında özünəməxsusu yer tutmuş ifaçılardandır. Hazırda Türkiyədə onun nəvəsi Xoca Sərvər Qəniyev skripka ifaçıları arasında bacarıqlı ifaçı kimi tanınır. Azərbaycanda Niyazi və Qara Qarayev adına musiqi simfonik orkestrləri sırf klassik üslubda olan orkestrlərdir. Amma, son vaxtlar şouda ifa edən skripkaçıların sayı getdikcə çoxalır. Dünyanın məşhur skripka ifaçılarına Andreo Amaçi, Antonio Stradivari və skripkada ifanın sürətinə görə üç dəfə dünya rekordlarını təzələyən Ben Lini nümunə göstərə bilərəm. Ben Li dünyanın ən sürətli skripkaçısı hesab olunur. Skripka türk dünyası və ərəb ölkələrində də geniş yayılmış bir musiqi alətidir. Türkiyədə ansambllarda və orkestrdə bu musiqi aləti skripkaçılar tərəfindən ifa edilir. Güman edirəm ki, gələcəkdə bizdə də tədris sahələrində, Mili Konservatoriyada skripkada xalq musiqisi tədrisi olacaq və bununla da musiqiyə bu alət vasitəsilə məxsusi bir rəng qatılacaq”.

Pərvin Arzuqızı

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı