Modern.az

Türkiyə Güney Azərbaycanda 34 ailəyə ev göndərdi

Türkiyə Güney Azərbaycanda 34 ailəyə ev göndərdi

30 Avqust 2012, 19:11

Qardaş ölkə Türkiyənin Qızıl Aypara Cəmiyyəti İranın Güney Azərbaycan bölgəsinə zəlzələ nəticəsində zərər görmüş ərazilərə quraşdırma evlər göndərib.
Güney Azərbaycanda zəlzələnin baş verməsindən sonra Türkiyənin Qızıl Aypara Cəmiyyəti hazır vəziyyətə gəlib və birinci mərhələdə qida və başqa yardımlar göndərib. İkinci mərhələdə isə zəlzələ bölgəsinə 34 ədəd prefabrik evlər göndərib. Həmin evlər bölgədə quraşdırılandan sonra əhalinin istifadəsinə veriləcək. Türkiyə tərəfindən göndərilən hazır evlərdə 34 ailə yaşaya biləcək. Məlumata görə, prefabrik evlər İranın Qızıl Aypara cəmiyyətinin istəyi əsasında bu ölkəyə göndərilib. 



Modern.az
 
Twitter
Sizə yeni tvit var
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı