Modern.az

“Eurovision-2010” müsabiqəsinin biletlərinin qiyməti məlum olub

“Eurovision-2010” müsabiqəsinin biletlərinin qiyməti məlum olub

2 Fevral 2010, 10:00

st1:*{behavior:url(#ieooui) }

Mayda Norveçin paytaxtı Osloda  “Telenor Arena”da 39 ölkə nümayəndələrinin iştirakı ilə keçiriləcək “Eurovision-2010” mahnı müsabiqəsinin biletlərinin qiyməti məlum olub. Modern.az xəbər verir ki. biletlər fevralın 8-də satışa çıxarılacaq.

Mayın 25-27-də keçiriləcək iki yarımfinal, eləcə də 29-da keçiriləcək final mərhələsi üçün ümumilikdə 90 min bilet satışa çıxarılacaq.

I və II yarımfinal müsabiqəsinin biletləri, yerindən asılı olaraq, 36-72 avroya (300-600 Norveç kronu), final mərhələsinin biletləri isə 96-192 avroya (800-1600 Norveç kronu) satılacaq. Həm yarımfinallar, həm də finalın əsas məşqlərinə biletlərin qiyməti yarımfinal konsertinin biletlərinin qiyməti ilə eyni olacaq.

Müsabiqəni işıqlandırmaq üçün akkreditə olunan media nümayəndələri, hər il olduğu kimi, həm yarımfinalların, həm də finalın yalnız birinci məşqində iştirak edə biləcəklər. Əsas məşqlərə və konsertə mətbuat nümayəndələri də, digər tamaşaçılar kimi, yalnız biletlə buraxılacaqlar.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir