Modern.az

Rayonlar haqqındakı mahnılar - “Cəlilabad” mahnısı necə yarandı? - MARAQLI

Rayonlar haqqındakı mahnılar - “Cəlilabad” mahnısı necə yarandı? - MARAQLI

Mədəni̇yyət

1 Sentyabr 2012, 10:42

Modern.az saytı bölgələrlə bağlı olan mahnıların yaranması prosesini araşdırmaqda davam edir. Bu dəfə “Cəlilabad” mahnısının necə yaranmasından və ilk ifaçısından söhbət açılacaq.

O, Cəlilabad mahnısının ilk ifaçısıdır. “Qəti qorxusu yoxdur” məşhur sözü ilə hər kəsin, xüsusilə də cəlilabadlıların böyük sevgisini qazanmış Teymur Mustafayev. Xalq artisti “Cəlilabad” mahnısının necə yarandığından danışdı:

“Bu mahnı 1978-ci illərdə mərhum Heydər Əliyevin Cəlilabada gəlişi ərəfəsində yazılıb. O vaxtlar mən Bakıda yaşayırdım və ulu öndərimizin Cəlilabada getməsi xəbərini eşidəndə çox sevinmişdim. Burdakı tədbirdə çıxış etmək təklifi mənə də gəldi, mən də çox böyük məmnuniyyətlə bunu qəbul etdim. Amma fikirləşdim ki, bu tədbirə əliboş getmək olmaz. Orada adi mahnılarla çıxış etmək məni qane etməzdi, ona görə də Cəlilabada gedəndə özümlə mərhum şair İsgəndər Coşqunu və bəstəkar Oqtay Kazımovu da apardım. Onlardan bu gözəl diyar haqqında mahnı yazmalarını xahiş etdim. Onlar da bir araya gəlib Cəlilabad haqqında bir mahnı hazırladılar. Beləliklə, İsgəndər Coşqun bu mahnının sözlərini yazdı, Oqtay Kazımov isə yazılmış bu sözlərə çox gözəl bir musiqi bəstələdi. Bu mahnını bütün cəlilabadlılar çox bəyəndi və hər kəs tərəfindən böyük sevgi ilə qarşılandı. Bir neçə gün sonra mən Bakıya qayıtdım”.

T. Mustafayev bu mahnının hələ də indiyə qədər efirlərdə və toylarda sevildiyini deyir.

Pərvin Arzuqızı      
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi