Modern.az

Rəhim Rəhimli mahnısını 4000 manata satıb

Rəhim Rəhimli mahnısını 4000 manata satıb

3 Sentyabr 2012, 11:32

Bəstəkar-müğənni Rəhim Rəhimli gənc müğənni Elvin Abbasov üçün yeni mahnı yazıb. Modern.az xəbər verir ki, “Nağıllar” adlanan bu mahnını Rəhim Rəhimli əvvəlcə özü oxumaq istəsə də, sonradan fikrini dəyişərək onu Elvinə 4000 manata satıb. Musiqisi Rəhimin özünə, sözləri Elvin Aydına məxsus “Nağıllar”da bek-vokalları da Rəhimli özü ifa edib. Bunu normal hesab edən Rəhim Rəhimli:

“Burada nə var ki?! Dünyanın ən məşhur ifaçıları bek-vokallıq edirlər. Əslində bu, çox çətin işdir və təbii ki, mənim bəstələrimə məndən gözəl heç kim bek-vokallıq edə bilməz”, – deyə bəstəkar-müğənni bildirib.  

Sevinc İltifatqızı
 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi