Modern.az

Dünyada 1500-dən artıq internet saytı uşaq pornoqrafiyasını yayır

Dünyada 1500-dən artıq internet saytı uşaq  pornoqrafiyasını yayır

2 Fevral 2010, 16:02

st1:*{behavior:url(#ieooui) }

Azərbaycan höküməti 2007-ci ildə Avropa Şurasının Uşaqların cinsi istismar və cinsi istifadədən müdafiəsinə dair Konvensiyasına qoşulsa da hələki onu ratifikasiya etməyib. Avropa Şurası Azərbaycan hökumətini həmin sənədi təsdiqləməyə çağırır.

Modern.az xəbər verir ki, Avropa Şurasının ekspertləri uşaqların cinsi istifadə xarakterli şəkillərinin internet vasitəsilə asanlıqla yayılmasından çox narahatdırlar.

 

Avropa Şurasının İctimai əlaqələr sektorunun məlumatına görə, “İnternet Watch Fondation”in 2009-cu ilin aprelində çıxan illik hesabatından məlum olub ki, bütün dünyada 1500-dən artıq internet saytı uşaq pornoqrafiyasını yaymaqla məşğuldur. İnternetdə yayılan bu pornoqrafik xarakterli şəkil və ya videolardakı uşaqların 69 faizi 10 yaşına qədər uşaqlardır.

 

Avropa Şurası  Uşaqların cinsi istismar və cinsi istifadədən müdafiəsinə dair Konvensiyasını 47 ölkənin  ratifikasiya etməsini uşaq pornoqrafiyası ticarətinə qarşı mübarizədə növbəti məntiqi addım kimi görür.

 

“Əgər bu konvensiya ratifikasiya edilərsə, bank, maliyyə sektorları, informasiya və kommunikasiya texnologiyaları və turizm sahələri yerli hakimiyyət orqanları ilə əməkdaşlığa cəlb olunacaqlar. Bu işbirliyi özəl və dövlət sektorlarının birgə koordinasiyasını təşkil etmək və biznes strukturlarının uşaqların cinsi ticarətdə istifadə edilməsinin qarşını almaq məqsədi daşıyır”-deyə  Avropa Şurasının İctimai əlaqələr sektorundan bildirilib.

“Özəl sektor şirkətləri, xüsusilə də informasiya və kommunikasiya texnologiyaları sektorları, bank, maliyyə və turizm sahələri çox zaman seksual xarakterli istismarın artmasına şərait yaradan situasiyalarla üzləşirlər”- deyə Avropa Şurasi baş katibinin müavini Maud de Boer-Buquicchio, keçən ilin mart ayında İspaniyanın Toledo şəhərində keçirilən konfransda vurğulamışdı.

Avropa Şurasında hsab edirlər ki, şirkətlərin sosial sahələrdəki məsuliyyəti gücləndirilməlidir və özəl sektor uşaqların seksual istifadəsinin qarşısının alınmasında daha fəal rol oynamalıdır. Özəl sektor, yerli hakimiyyət orqanları və qanunların tətbiq arasındakı əməkdaşlıq çox vacibdir. Heç bir təşkilat təkbaşına uşaqların seksual istismarının aradan qaldırılması məqsədinə nail ola bilməz.

 

“Getdikcə artmaqda olan, internet vasitəsilə uşaqlara seksual sui-istifadə məqsədilə“ yaxınlaşma”, “tovlama”  fenomeni və internetdə pornoqrafik xarakterli şəkillərin paylaşılması ən dəhşətli insan hüquqları pozuntularından biridir. Bizim bu Konvensiyamızın məqsədi uşaqlarla “yaxınlaşmanın”, uşaqları “tovlamanın” cinayət hesab olunmasına nail olmaqdır”-deyə Avropa Şurası bəyan edib.

Qurum bildirib ki, bank ödəmə sistemləri vasitəsiylə pornoqrafik şəkillər üçün kimlərin pul ödədiyini müəyyən etmək mümkündür. Bu isə problemin həll yolu ola bilər. Bunun üçün belə şəkillər və videolar üçün pul ödəyən şəxsləri cəzalandırmağa imkan vərən qanunlar olmalıdır. Bu cür qanunvericilik həmin insanların cavab verməsinə və cəzalandırılmasına imkan verəcək.

 

Konvensiya hökümətin müxtəlif strukturlarla - milli təhsil sistemi, səhiyyə, kommunal xidmətlər və qanunvericilik strukları arasında əməkdaşlığının inkişaf etdirilməsini nəzərdə tutur.

 

Konvensiya qanunverici organları məxfiliklə bağlı qanunların bu cür cinayətlərin ortaya çıxmasına maneə yaratmayacağına əmin olmağa çağırır. Əgər Azərbaycan Avropa Şurasının Konvensiyasını təsdiqləyərsə bank və maliyyə sektorunun liderləri uşaq pornoqrafiyası və uşaqların cinsi istismarına qarşı qlobal mübarizəyə qoşulmağa dəvət edir. Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi