Modern.az

Folklor İnstitutu milli folklor nümunələrinə dair strategiya hazırlayıb

Folklor İnstitutu milli folklor nümunələrinə dair strategiya hazırlayıb

Mədəni̇yyət

2 Fevral 2010, 16:19

Milli Elmlər Akademiyasının Folklor İnstitunda “Azərbaycan cəmiyyətinin modernləşməsində folklorun rolu” mövzusunda elmi seminar keçirilib. Modern.az xəbər verir ki, tədbirdə çıxış edən fəlsəfə  elmləri doktoru, professor Füzuli Qurbanov fəlsəfi təhlillər əsasında müasir cəmiyyətdə gedən prosesləri şərh edərək, ayrı-ayrı zamanlarda və cəmiyyətlərdə izlənilən inkişaf və tənəzzül xətlərini diqqət mərkəzinə gətirib.  

Alimin fikrinə görə, dünyada baş verən bu proseslərin zərərli nəticələrindən yan keçməyin çıxış yolu milli mentalitetin və folklor yaddaşının qorunması və şüurlarda yenidən aktivləşdirilməsidir.

Tədbirdə qeyd edilib ki, Folklor İnstitutunda filologiya elmləri doktoru, professor Hüseyn İsmayılovun rəhbərliyi ilə Azərbaycan folklorunun toplanması, nəşri və digər istiqamətləri üzrə yeni iş prinsipləri işlənib hazırlanıb. Belə ki, ayrı-ayrı regionlardan folklor nümunələrinin toplanılması, tərtibi və nəşri sahəsində görülmüş işlər və müxtəlif istiqamətlərdə aparılmış tədqiqatlar davam etdirilməklə yanaşı, milli-mənəvi dəyərlərin qorunması, folklor yaddaşında kodlaşmış mentalitetin milli ideologiyanın hazırlanmasındakı roluna da böyük əhəmiyyət verilir. Artıq Folklor İnstitutunda Hüseyn İsmayılovun təşəbbüsü və rəhbərliyi ilə Azərbaycan Folklor Nümunələrinin Hüquqi Qorunması və Milli Reyestrinin Aparılması Strategiyası hazırlanıb. Bu sənəd folklor nümunələrinin hüquqi qorunmasının konkret formalarını təqdim etməklə bərabər, bu sahədə görüləcək işlərin sistemli xarakter almasına da yardım edəcək.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?