Modern.az

Ali məktəblərin yataqxanalarındakı köçkünlər bu il köçürüləcək

Ali məktəblərin yataqxanalarındakı köçkünlər bu il köçürüləcək

3 Fevral 2010, 12:04

Təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında bildirib ki, ali məktəblərin yataqxanalarında məskunlaşan məcburi köçkünlərin köçürülməsi prosesinə bu il başlanılacaq. Nazir deyib ki, bütün ali məktəblərin yataqxanalarında məskunlaşan məcburi köçkünləri eyni vaxtda bu il ərzində köçürmək və yaşayış yeri ilə təmin etmək mümkün olmayacaq. “Ona görə də bu proses mərhələli aparılmalıdır”-deyə M.Mərdanov söyləyib. M.Mərdanovun sözlərinə görə, əgər bu proses başlayarsa, il ərzində yalnız bir-iki ali məktəbin yataqxanasında məskunlaşan məcburi köçkünləri başqa yaşayış yeri ilə təmin etmək mümkün olacaq. Nazirin sözlərinə görə, ölkə prezidentinin tapşırığı var ki, ali təhsil müəssisələrinin özündə və ya yataqxanalarında məskunlaşan məcburi köçkünlər üçün evlər tikilsin və onlar ora köçürülsün.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi