Modern.az

İsrail 100 min baş uzunqulaq almaq istəyir

İsrail 100 min baş uzunqulaq almaq istəyir

10 Sentyabr 2012, 15:08

İsrail Misirdən 100 min baş uzunqulağı satın almaq üçün Qahirəyə rəsmi müraciət edib. Modern.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, israilli baytarlar ötən həftə Misirdən 100 min baş uzunqulaq satın almaq üçün Misir hökumətinə rəsmi müraciət ünvanlayıb.  

Misir eşşəklərinin elmi araşdırmalar üçün əlverişli olduğunu deyən baytarlar İsrailin də Misirdən alacağı uzunqulaqların dərilərini xərçəng xəstəliyinin araşdırılmasında istifadə edəcəklərini bildiriblər.

Elmi araşdırmalarda istifadə etmək üzrə Misirdən uzunqulaq satın alınmasını təklifi ilk dəfə səslənmir. Bundan əvvəl yapon dərman firması “Komaho” da 1 milyon baş eşşək satın almaq üçün 500 milyon dollarlıq bir müqavilə təklif etmişdi. Bundan başqa, bəzi Qərb ölkələri də Misirə uzunqulaq satın almaq təklifi irəli sürmüşdü. İsrailin oxşar istəyinə isə rəsmi Qahirə “yox” cavabı vermişdi.
 
Modern.az  
Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu