Modern.az

Türkiyədə 400 terrorçu öldürülüb

Türkiyədə 400 terrorçu öldürülüb

10 Sentyabr 2012, 16:13

Türkiyədə PKK terrorçularına qarşı hərbi əməliyyatlar gücləndirilmiş şəkildə davam etdirilir. Modern.az-ın türk mətbuatına istinadən verdiyi məlumata görə, cari ilin son 5 ayı ərzində Türkiyədə nə az, nə çox 373 PKK üzvü məhv edilib. Terrorçu qruplaşma ilə mübarizədə türk ordusu da xeyli sayda itki verib. Ilkin məlumatlara görə, Türkiyədə bu müddət ərzində 84 əsgər şəhid olub.

Hazırda da Türkiyənin müxtəlif bölgələrində terrorçularla qarşı amansız mübarizə tədbirləri davam edir.

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir