Modern.az

Nigar Köçərli: “Artıq indidən MKM-ə çoxlu əsər təqdim olunub”

Nigar Köçərli: “Artıq indidən MKM-ə çoxlu əsər təqdim olunub”

11 Sentyabr 2012, 11:31

Milli Kitab Mükafatına (MKM) start verildi. Artıq 13 gündür ki, yazıçıların əsərləri müsabiqəyə təqdim olunur.

Kitab müsabiqəsindəki son durumla bağlı MKM-in təşəbbüsçüsü, “Əli və Nino” kitab mağazaları şəbəkəsinin rəhbəri Nigar Köçərli Modern.az-a bunu söylədi: “Bu il təqdim olunan əsərlərin sayı daha çoxdur. Ötən il və iki il əvvəl keçirilən müsabiqə ilə müqayisədə görürük ki, yazıçılar çox fəaldırlar. Hətta iyul-avqust ayından etibarən həm bölgələrdən, həm Bakı və xaricdən əsərlər göndərilməyə başlanılıb”.

N. Köçərli bu günə qədər neçə əsərin müsabiqəyə təqdim olunmasını açıqlamayıb. “Biz indi nə qədər kitabın müsabiqə üçün göndərildiyini deyə bilmərik. Amma noyabrın 18-də həm statistikanı, həm də müsabiqə ilə bağlı daha ətraflı məlumat verəcəyik”.

Qeyd edək ki, əsərlər noyabrın 16-dək MKM-ə elektron ([email protected]) və ya poçt (Z. Tağıyev küç, 19) vasitəsi ilə çatdırılmalıdır. Martın 1-də ekspertlər tərəfindən müəyyənləşdirilmiş 20 ən yaxşı əsərdən ibarət “longlist” (uzun siyası), martın 15-də isə 10 əsərdən ibarət “shortlist” (qısa siyahı) müəyyənləşəcək və qiymətləndirilmə üçün Münsiflər Heyətinə təqdim olunacaq. Regionlarda və təhsil ocaqlarında MKM-in təqdimatları keçiriləcək. İyirmiliyə düşən əsərlərin BookClub müzakirələri, həm Bakıda, həm bölgələrdə. www.mkm.az saytında İnternet səsverməsi keçiriləcək. İyun ayının 4-də isə mükafatın qalibləri elan olunacaq. Münsiflərin rəyləri internet səhifədə açıqlanacaq.

Ötən il olduğu kimi, bu il də 1-ci yerin üç min, 2-ci yerin iki min, 3-cü yerin qalibi isə min manat pul mükafatı ilə təltif olunacaq. Qaliblərin kitabları həm kağız həm elektron formatda çap olunacaq. Əlavə olaraq, ən yaxşı uşaq nağılının müəllifinə 300 manat, ən yaxşı gənc yazara 300 manat və ən yaxşı şeirə görə 300 manat məbləğində mükafat veriləcək. 

Sevinc İltifatqızı

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!