Modern.az

Azərbaycanlı müğənni dünya mediasının qarşısında

Azərbaycanlı müğənni dünya mediasının qarşısında

Mədəni̇yyət

11 Sentyabr 2012, 11:41

Azərbaycanın populyar müğənnisi İlhamə Qasımova Berlində kecirilən “musiqi texnologiyaları ” sərgisində konsert proqramı ilə cıxış edib. Sərgidə dünyanın nüfuzlu media qurumları ücün təşkil edilən proqramda azərbaycanlı müğənninin cıxışı coşqu ilə qarşılanıb. Konsert proqramında İlhamə Qasımova öz repertuarından bu ilin ən hit mahnılarını səsləndirib. Alman mətbuatının yaydığı məlumata görə, sənətcimizin nümayiş etdirdiyi qeyri-adi ifa sərgidə iştirak edən media mənsublarının hədsiz marağına səbəb olub.
İlhamə Qasımovanın  azərbaycanlı olduğunu öyrənən jurnalistlər ona ölkəmizlə bağlı bir cox suallar ünvanlayıblar. Dünyanın aparıcı mətbu orqanlarına müsahibə verən müğənni Azərbaycan musiqisinin zənginliyindən danışıb. Sərgiyə qatılan dünyanın media mənsubları İlhamə Qasımovanın fotolarından ibarət rəngarəng  fotosessiyalar edərək öz mətbu orqanlarında nümayiş etdiriblər. Müğənninin geyim üslubu, hətta əlindəki qiymətli kicik əl cantası belə? jurnalistlərin diqqətindən yayınmayıb. Sərgi müğənnin ifası ilə yekunlaşıb.



Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür