Modern.az

Deputat Eldar Quliyevdən yeni ŞEİRLƏR

Deputat Eldar Quliyevdən yeni ŞEİRLƏR

Mədəni̇yyət

12 Sentyabr 2012, 12:28

“Şeir mənim üçün duyğular meydanıdır, poeziya söz demək bacarığıdır. Şeirə, poeziyaya bağlı olan insanlarda humanizm və qeyri-humanizm kimi əlamətləri də görmək olar. İnsanın duyğularının tərənnümünün ən gözəl göstəricisi poeziyadır”,

 

 

 

 

 

 

 

 

 

Modern.az millət vəkili Eldar Allahyaroğlunun (Quliyev) şeirlərini təqdim edir

 

 Nə susmusan, qarağacım

 

Əsrlərdən keçib gəldin

Tarixini özün gördün

Çox sirlər var bu qəlbimdə

Nə susmusan, qarağacım

Dağlar kimi görkəmin var

Qara – yaşıl örpəyin var

Hər ellərdə söhbətin var

Nə susmusan, qarağacım

 

Qatarların qonum yeri

Qaranquşuyn yaşam yeri

Aslanların dinləm yeri

Nə susmusan, qarağacım

Yağı düşmən sən görmüsən   

Namərd sözü eşitmisən

Qətlləri sən görmüsən

Nə susmusan, qarağacım

 

Rişələri dərindədir

Əzizlər uyuyan yerdədir

Bir xəbər ver ordan mənə

Nə susmusan, qarağacım

                                                                        Sevənlərin görüş yeri

Sən olmusan, qarağacım

Əhd peyman bağlananda

Yenə susdun, qarağacım

 

Nadir ağac sayındasan

Kitablara salınmısan

Siyahıya salınmısan

Nə susmusan, qarağacım

 

Palıd kimi əyilməzsən

Polad kimi sən sınmazsan

Bir qürur var qamətində

Nə susmusan, qarağacım

 

Bir dərdin var demək sənin

Kədər hissin çoxdur sənin

Hikmət səndə, qüdrət səndə

Nə  susmusan qarağacım

 

Mən də getdim xəyallara

Qərq olaraq dəryalara

Fikirləşdim nədir belə

Niyə susur, qarağacım

 

Sonra birdən bildim dərdin

Bəhrəsizsən qarağacım

Budur sənin böyük kıəmin

Sən susursan qarağacım

 

                                                                   Insanlar da sənin kimi

                                                                   Hey susarlar məzlum kimi

                                                                   Bir də sormam daha səndən

                                                                   Mən də susdum, qarağacım

 

 
Kəndlimiz

 

 

 
Çox xoş olur mən görəndə kəndlimi

Əhval tutub soruşanda keyfini

Saf üzünü, qeyrət dolu qəbrini

Şux baxışı vardır mənim kəndlimin.

 

                                                 Əsrlərdən keçib gəlmiş kəndimiz 

                                                 Odlar yurdu olub bizim əslimiz

                                                 Öz dininə sadiq olub kəndlimiz

                                                 Müqəddəs bir “Quran”ı var kəndimin.

 

Tomrislərdən başlanmışdır nəslimiz

Şah Abbasa süfrə açmış kəndlimiz

Təklif almış şöhrətlərə çatmağa

Vətənini qoyub getməz kəndlimiz.

 

                                                          Nadir şahın atlısını görübdür

                                                          Şah İsmayıl məclisində süzübdür

                                                           Nizamidən, Füzulidən deyibdir

                                                          Hər tərəfdə tanınandır kəndlimiz.

Ağbirçəyin qarşısında diz çökər

Ağsaqqala salam verib baş əyər

Halal zəhmətilə, alın təriylə

Ailə qurub dolandırar kəndlimiz. 

 

                                                           Ziyalılar diyarıdır kəndimiz

                                                           Axund Mirqənidir bizim kəndlimiz

                                                           Əhməd ağa böyük alim, mütəffəkir

                                                           Yaşar Nuri çox sevilən kəndlimiz.

 

Erməninin qarşısında sipərdir

Torpağına buraxmayıb kəndlimiz

Dığaları qanına qəltan edən

Çox igidlər yetişdirb kəndlimiz.

 

 
                                                           Çox sevərlər musiqini, qəzəli 

                                                           Meyxananın beşiyidir kəndlimiz

                                                           Hacı Kazım, Ağasəlim, Ağahüseyn

                                                           Ustad Vahid əzizidir kəndimiz.

 

Qoca Şərqdə çox sorular kəndlimiz

Altı aylıq pəhləvanlı kəndimiz

Aslanlar tək nərə çəkib bel qırar

Qartal kimi vüqarlıdır kəndlimiz.

   

                                                           Çox söylənir lətifələr kəndimdən

                                                           Qəh-qəh çəkib gülüşürlər dərindən

                                                            Yarış olsa, dəvət alsa bəndəmiz

                                                            Şəkiliyi dərs də keçər kəndlimiz.

 

Eldar gəlib bu cahandan keçəndir

Hamı kimi bu dünyadan köçəndir

Düz sözünü göz içinə deyəndir

Seyidağanın davamıdır kəndimiz.

                                                          

     Eldar Allahyaroğlu

26 iyul 2012 – ci il
Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır