Modern.az

“Gənc iş adamları üçün korporativ idarəetmə modeli”

“Gənc iş adamları üçün korporativ idarəetmə modeli”

10 Sentyabr 2012, 14:18

Gənclərin Hüquqi Maarifləndirilməsi” (GHM) İctimai  Birliyi  tərəfindən avqust ayından icra edilməyə başlanmış “Gənc iş adamları üçün korporativ idarəetmə modeli” layihəsi Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondu tərəfindən dəstəklənir.

Altı ay müddətində icra ediləcək layihənin məqsədi Azərbaycanın 3 regionunda (Sumqayıt, Qəbələ, Xaçmaz) gənc biznesmenlər arasında korporativ idarəetmə sisteminin tətbiq edilməsi ilə bu sahədə innovativ metodların yayılmasına və gənc iş adamlarının biznes fəaliyyətlərindəki durumun yaxşılardırılmasına səylərin göstərilməsindən ibarətdir. Layihə çərçivəsində Sumqayıt, Qəbələ və Xaçmaz regionlarında gənc biznesmenlərin korporativ idarəetmə sahəsində mövcud problemləri nəzərə alaraq təlimlərin, birgə görüşlərin, diskussiyaların, saytlarda və sosial şəbəkələrdə müzakirələrin, TV verilişlərinin təşkili, gənc iş adamları üçün korporativ idarəetmə sahəsində məlumatlandırma, onlar üçün korporativ idarəetmə sahəsində maarifləndirmə, müvafiq hüquqi biliklərinin aşılanması və gənc iş adamları arasında əlaqələrin qurulması yolu ilə korporativ idarəetmə modeli yaradılması nəzərdə tutulub. Layihənin icrasına cəlb edilmiş gənclər qrupu təlim və seminarlarda iştirak edəcək, daha aktivləri TV verilişlərində, konfranslarda, sosial şəbəkə və saytlarda öz təcrübələri, əldə etdikləri uğurları və bacarıqları ilə paylaşacaq, yerli dövlət və biznes strukturlarının fəalları ilə əlaqələrin qurulmasına cəlb olunacaq, korporativ idarəetmənin həyata keçirlməsi prosesinə qoşulacaqlar. Bu layihədən adları qeyd edilən regionlarda müəyyən olunan müxtəlif kateqoriyalı ümumən 90 nəfər bizneslə məşğul olan gənclər birbaşa faydalanacaqlar. Bundan əlavə dolayısı ilə bu layihədən faydalananların ümumi sayı 200 nəfərdən çox olacaqdır. 

Həyata keçirilən fəaliyyətlər ölkənin qeyd edilən regionlarında yaşayan gənclərin menecment bacarıqlarının inkişafına təkan verəcək, bu sahədə bilik və bacarqların əldə olunması gerçəkləşəcək. Eyni zamanda layihəyə cəlb edilən gənclərin təşəbbüskarlığının, gənc iş adamlarının imkanlarının artırılmasına nail olunacaq. Layihənin davamlılığı yaradılan gənc iş adamları qrupu ilə GHM mütəxəssislərinin daimi əlaqə saxlamaları, vaxtaşırı onların müvafiq tədbirlərə cəlb edilməsi ilə dəyərləndiriləcəkdir. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondu tərəfindən maliyyələşən layihə 2013-ci ilin yanvar ayına kimi davam edəcəkdir.  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi