Modern.az

Azərbaycanlı yazıçılardan kimlərin əsərinə serial çəkmək olar? - SORĞU

Azərbaycanlı yazıçılardan kimlərin əsərinə serial çəkmək olar? - SORĞU

Mədəni̇yyət

13 Sentyabr 2012, 13:54

Son zamanlar serialların çəkilişinə dövlətdən dəstək gəlib. Bu məqsədlə telekanallara iki dəfə pul ayrılıb. Çəkilən filmlərlə bağlı mübahisəli məqamlar çoxdur. Amma əsas odur ki, buzlaq artıq çat verib.

Serial çəkilişində böyük uğurlar qazanan qonşu Türkiyədə artıq bədii əsərələrin seriallara çevrilməsi prosesi gedir. Bu seriallar daha çox sevilir və baxılır. Bəs Azərbaycanda hansı yazıçılarının əsərlərinə film çəkilsə daha yaxşı olardı?

Rejissor Kənən Mahmudov bununla bağlı fikirlərini Modern.az-a bildirərək deyib ki, o, Həsən Seyidbəylinin “Cəbhədən cəbhəyə” əsərinə film çəkmək istəyir.

Aktrisa Vəfa Zeynalova qeyd edib ki, Azərbaycanda yetəri qədər gözəl əsərlər var. “Mən deyərdim ki bütün yazıçılarımızın əsərləri gözəldir, təki film çəkilsin”.
Aktrisa xüsusilə İlyas Əfəndiyevin əsərlərinə film çəkilməsini istəyib. “İlyas Əfəndiyevin “Hökmdar və qızı” filminə “Hökmdarın taleyi” adlı film çəkilsə də, bu filmin serial fərziyyəsini də görmək istərdim”.

Aktyor Rasim Balayev isə belə deyib: “Mən çox istərdim, Məmməd Səid Ordubadinin “Qılınc və qələm” əsərini səhnələşdirib uzun serial çəksinlər”.

Ssenarist Eldəniz Quliyev deyib ki, o, ən çox Əkrəm Əylislinin əsərlərini sevir: “Əkrəm Əylislinin əsərlərini sujet xətti Qabriel Qarsia Markesin yaradıcılığına oxşardı, onların əsərlərində kino xətti var”.
Ramiz Rövşənin şeirlərini çox sevdiyini deyən Eldəniz Quliyev bildirib: “Onun “Daş” povestinə də film çəkilsə, yaxşı olardı”.

Yazıçı Aqil Abbas: ““Çadırda Uzeyir Hacibəyov doğulmaz” romanıma serial çəkmək olar. Amma buna ciddi yanaşan yoxdur”.

Məltəm Talıbzadə 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır