Modern.az

Azərbaycan Milli Ensiklopediyasının I cildi nəşrə hazırdır

Azərbaycan Milli Ensiklopediyasının I cildi nəşrə hazırdır

4 Fevral 2010, 20:08

AMEA “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi tərəfindən hazırlanan çoxcildli universal Milli Ensiklopediyanın “A” hərfinə aid olan I və II cildləri nəşrə hazırlanıb. Modern.az AMEA-nın mətbuat xidmətindən verilən məlumata görə, yaxın günlərdə I cild oxuculara təqdim ediləcək. “Şərq-Qərb”nəşriyyatında çap olunacaq ilk 25 min nüsxə pulsuz olaraq kitabxanalara və digər təşkilatlara paylanacaq. Kitabın abunə variantı (10 min nüsxə) isə Almaniyada nəşr olunacaq. 25 cilddə nəşrə hazırlanan Milli Ensiklopediyanın I cldinə 4281, II cildinə 4000 söz daxil edilib.

Çoxcildli universal Milli Ensiklopediyanın üçüncü cildi üzərində paralel işlərin aparılması məqsədilə “B” hərfi ilə başlayan terminlərin ümumi sözlüyü hazırlanıb və redaksiyalar tərəfindən “B” hərfinə aid məqalələrin bir qismi tərtib edilib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi