Modern.az

Azay Quliyev: "80 QHT-nin layihəsi texniki ekspertizadan keçməyib"

Azay Quliyev: "80 QHT-nin layihəsi texniki ekspertizadan keçməyib"

4 Fevral 2010, 20:45

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurasın 2010-cu il üçün elan etdiyi ilk maliyyı müsabiqəsinə 489 layihə təqdim olunub. Modern.az-ın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev bildirib.

A.Quliyev deyib ki, artıq bu layihələrin texniki ekspertizası aparılıb və 80-dan artıq təşkilat bu ekspertizadan çıxmayıb: "Bu o deməkdir ki, həmin təşkilatların sənədləri geri qaytarılacaq. Yəni, həmin sənədlər qiymətləndirmə mərhələsinə (II mərhələ) təqdim olunmayacaq. Bu da həmin təşkilatların tələblərə cavab verməməsindən irli gəlir”.

Hazırda II mərhələnin başa çatmaq üzrə olduğunu bildirən A.Quliyev bu mərhələ başa çatdıqdan sonra nəticələrin təxminən mart ayının 10-dan sonra elan ediləcəyini söyləyib.

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?