Modern.az

Cennifer Lopes 65 yük maşını və 5 təyyarəlik “cehizi” ilə Bakıda

Cennifer Lopes 65 yük maşını və 5 təyyarəlik “cehizi” ilə Bakıda

17 Sentyabr 2012, 13:44

Məşhur müğənni Cennifer Lopezin Bakı Kristal Zalındakı konserti üçün artıq hazırlıqlar başlayıb. Modern.az-a bu haqda  “Omnikomo Music Group” şirkətinin PR və marketinq direktoru Zaur Darabzadə məlumat verib. Onun sözlərinə görə, konsertə hazırlıq üçün 65 yük maşını, 5 təyyarə olmaqla texniki avadanlıqlar Bakıya gətirilib. Avadanlıqların quraşdırılması üçün 500 nəfər işçi heyəti çalışır. 

Z. Darabzadə bildirib ki, Cennifer Lopezin “Kristal Zal”dakı konsertini işıqlandırmaq istəyən jurnalistlər sentyabrın 18-dən 23-nə qədər akkreditasiydan keçə bilərlər. Akkreditasiyadan keçmək istəyənlər [email protected] adresinə müraciət etməlidirlər.

Şirkətinin PR və marketinq direktoru  bildirib ki, konsert günü Bayraq Meydanına gedən yollar bağlanmayacaq. Buna baxmayaraq, konsert günü meydanın ətrafında maşınların park edilməsinə icazə  verilməyəcək. Bundan başqa, tamaşaçıların “Kristal Zala” getməyi üçün ayrıca olaraq xüsusi marşrutlar təşkil olunacaq. Eyni zamanda konsert bitdikdən sonra tamaşaçılar bu marşrutlarla geriyə qayıda biləcəklər.

Şirkətin rəsmisi tamaşaçılara xəbərdarlıq edib. O, bildirib ki, konsertə girişdə növbə yaranmamaq üçün qapılar saat 18:00-da açılacaq. Tamaşaçılardan xahiş olunur ki, saat 19:30-dan gec konsertə gəlməsinlər. Qapılar 20:45-də bağlanacaq.
Qeyd edək ki, məşhur müğənni sentyabrın 23-də Bakı Kristal Zalında konsert proqramı ilə çıxış edəcək. Proqram saat 21:00-da başlayacaq. Konsert üçün biletləri şəhərin kassalarından və online olaraq əldə etmək olar. 

Sevinc İltifatqızı
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir