Modern.az

Oğurluq, yoxsa kleptomaniya? - MARAQLI

Oğurluq, yoxsa kleptomaniya? - MARAQLI

18 Sentyabr 2012, 10:32

Psixoloqlar bildirirlər ki, istənilən insanda psixoloji davranışın bir forması pozula bilər. Bəzilərimizin məlumatsız olduğu kleptomaniya  xəstəliyi də psixoloji davranış pozuntuları qrupuna aiddir. Maraqlıdır, bu xəstəliyin əlamətlərini hansı tip insanlar özlərində daşıyırlar?

Modern.az-a açıqlamasında həkim-psixiatr Orxan Fərəcli bildirib ki, cəmiyyətdə belə xəstəliyin yayılma halları çoxdur, amma bununla bağlı təbiblərə müraciət edənlər yoxdur: “Cəmiyyətdə bu, belə aydın ola bilər ki, şəxs nəyisə oğurlayan zaman görsünlər, yaxud da ki, bir əşya yoxa çıxsın. Bu, bir oğurlama xəstəliyidir, yəni şəxs istədiyi əşyanı götürmədən özünü saxlaya bilmir. Daha dəqiq diaqnozu odur ki, bu insanlar özlərinə lazım olmayan, əhəmiyyətsiz əşyaları oğurlayırlar. Götürdükləri əşyanı kiməsə bağışlayırlar, yaxud həmin əşyanı satırlar, ya da ki gizli saxlayırlar. Hansısa qiymətli bir əşyanı götürmək, sonra isə satmaq bu, artıq kleptamoniya deyil, bu, oğurluqdur”.

O. Nəcəfovun sözlərinə görə, bu tip xəstələr heç istəmədiyi bir əşyanı da götürə bilər, istənilən bir restorana gedib və çəngəli salfetə büküb götürə bilər: “Bu yaxınlarda Fransa prezidenti Nikola Sarkozi qonşu masadakı qələmi götürməsi hadisəsi haqda məlumat verildi. Həmin qələmi götürəndə, onun sifətində xüsusi bir zövq verəcək hiss var idi. Fotoqraflar onu çox gözəl çəkmişdilər. O, həmin qələmi götürməsəydi, narahat qalacaqdır. Hiss olunur ki, Sarkozidə də həmin xəstəliyin əlaməti var. Bu, məsələn evdən çıxırsınız,  birdən yadınıza düşür ki, qapını bağlamısınız ya yox. Bu, belə bir xəstəlik növüdür. Həmin şəxs etdiyi hərəkətin fərqində olur, bilir ki, həmin əşyanı icazəsiz götürüb. Əgər o, həmin əşyanı götürməsə, həyəcanlanacaq, sifəti qızaracaq, əlləri əsəcək. Bu xəstələr oğrulardan fərqli olaraq, çox ucuz əhəmiyyətsiz əşyaları götürür-deyə həkim-psixiatr qeyd edib”.  

Həkim-psixiatr qeyd etdi ki, çox tanınmış və varlı insanların ailələrində tərbiyə almış uşaqlarda da kleptomaniya hallarına rast gəlinir. Tarixdə Fransa kralı IV Henri və Sardunya kralı Viktorun da kleptoman olduğu sübut edilib. Azərbaycanda isə tanınmış qanunda oğru olan “Zerkalo Klara”nı buna misal göstərmək olar.

Nihadə Eyyubova

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir