Modern.az

Türkmənistan prezidenti pərt oldu

Türkmənistan prezidenti pərt oldu

18 Sentyabr 2012, 11:17

Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovu  Latviyaya etdiyi rəsmi səfər zamanı keçirdiyi görüşlərdə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla səhv salıblar. Modern.az-ın türk mətbuatına istinadən verdiyi məlumata görə, Qurbanqulu Berdiməhəmmədova keçirdiyi rəsmi görüşlərdə bir neçə dəfə Ərdoğan deyə müraciət edilib. Hətta Latviya prezidenti rəsmi qarşılanma zamanı Qurbanqulu Berdiməhəmmədovu  nümayəndə heyətinə təqdim edərkən Türkiyənin baş naziri kimi qələmə verib. Artıq ikinci dəfə eyni rəftarla üzləşən Türkmənistan prezidenti narahatlığını gizlədə bilməyib.

Qeyd edək ki, bundan öncə də Qurbanqulu Berdiməhəmmədov  Ukraynaya səfəri zamanı prezident Viktor Yanukoviç ona bir neçə dəfə Qazaxıstan prezidenti olaraq müraciət edib.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi