Modern.az

“Azərbaycan” Nəşriyyatının işıqları sönüb

“Azərbaycan” Nəşriyyatının işıqları sönüb

5 Fevral 2010, 15:03

Fevralın 5-nə keçən gecədən başlayaraq Bakıya güclü qarın yağması paytaxtın bir çox rayonlarını işıqsız qoyub. Binəqədi, Əzizbəyov, Sabunçu rayonları, Xətai, Nəsimi, Nizami, Yasamal, Nərimanov rayonlarının böyük bir hissəsi işıqsızdır. Bakıətrafı kənd və qəsəbələrin əksəriyyətində işıq yoxdur.

“Bakıelektrikşəbəkə”nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib ki, işıqların sönməsi hava şəraitiylə bağlıdır. Hava elektrik xətlərinin keçdiyi ərazilərdə çoxlu qırılmalar olub.  Modern.az xəbər verir ki, bu gün səhər saatlarından “Azərbaycan” nəşriyyatında da işıqlar sönüb. Nəşriyyatda yerləşən Kütləvi İnformasiya Vasitələrinin işi iflic olub. “Azərbaycan”, "Azadlıq",  “Şərq”, “Ədalət” kimi gündəlik qəzetlərin sabahkı saylarının çıxıb-çıxmayacağı məlum deyil. 

Adəm Qorxmaz

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi