Modern.az

“Aşıq sənəti haqqında” qanun layihəsi hazırlanır

“Aşıq sənəti haqqında” qanun layihəsi hazırlanır

Mədəni̇yyət

18 Sentyabr 2012, 16:49

“Aşıq sənəti haqqında” qanun layihəsi hazırlanır”. Bunu Milli Məclisin (MM) qarşıdan gələn 2012-ci il payız sessiyası ilə bağlı parlamentin Mədəniyyət komitəsinin ilk iclasında sözügedən komitənin sədr müavini, professor Rafael Hüseynov qeyd edib.  Komitə sədri müavininin qeyd etdiyinə görə, sözügedən qanun layihəsi onun özü tərəfindən hazırlanır:
“Çox güman ki, həmin qanun layihəsini də yaxın dövrlərdə parlamentin müzakirəsinə çıxarmaq mümkün olacaq. Bununla yanaşı həmçinin tarixi abidələr, qoruq yerləri və sair  sahəvi qanun layihələri üzərində də işləri davam etdirirəm. Bu tipli sahəvi qanunların olması gələcəkdə “Mədəniyyət haqqında” qanunun daha işlək olması üçün əlavə bir yardımçı rolunu oyanaya bilər”.

Modern.az  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!