Bəşər Əsədi tutana 25 milyon dollar mükafat veriləcəyi xəbəri Azad Suriya Ordusu tərəfindən təkzib edilib. Əl-Ərəbiyyə CNN -ə istinadən xəbər verir ki, Azad Suriya Ordusunun sözçüsü bu həftə yayımlanan Bəşər Əsədi “ölü və ya diri ” gətirən şəxsə 25 milyon dollar verilməsi xəbərini təkzib edib.
Azad Suriya Ordusunun (Free Syrian Army ) Ali İnqilab komitəsinin sözçüsü Louai Miqdad bu barədə açıqlama verib: “Azad Suriya Ordusunun özünü “İnqilabı müdafiə edən Azad Suriya ordusu” adlandıran Misirdəki Suriya müxalifət qrupu ilə heç bir bağlılğı yoxdur. Azad Suriya ordusunun sözçüsü Misirdəki suriyalı müxalif qrupunun Bəşər Əsədin tutulması üçün qoyulan 25 milyon dollarlıq mükafatla da heç bir əlaqələri olmadığını bildirir”.