Modern.az

İngilis əsgər Əfqanıstanda uşaq dünyaya gətirdi

İngilis əsgər Əfqanıstanda uşaq dünyaya gətirdi

İqtisadiyyat

20 Sentyabr 2012, 17:45

Əfqanıstanın Bastion  hərbi düşərgəsində Britaniyalı əsgər uşaq dünyaya gətirib. Modern.az Gulf News.com  saytına istinadən bildirir ki, Helmand əyalətindəki Basiton düşərgəsində çərşənbə axşamı uşaq dünyaya gətirən qadın əsgərin hamiləliyindən xəbərsiz  olması barədə Britaniya mediasi məlumat yayıb.

 Britaniya Müdafiə Nazirliyinin sözçüsü açıqlama verib: “Biz sentyabr ayının 18-də Helmand əyalətindəki Bastion düşərgəsində britaniyalı qadın əsgərin uşaq dünyaya gətirdiyini təsdiq edirik. Ana və uşağın vəziyyəti yaxşıdır və mümkün olan ən yaxşı şəraitdə onlara baxılır”.   Ana və uşaq qayıdan vaxt onlara təyyarədə qulluq göstərməsi üçün xüsusi qrup yaradılıb.
Müdafiə Nazirliyinin sözçüsü onu da qeyd edib ki, qurum qadının hamiləliyindən xəbərsiz olub. Hamilə qadınları xidmətə qəbul etmək Müdafiə Nazirliyinin siyasəti deyil.  
Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir