Modern.az

Azərbaycanın muğam ifaçısına Türkiyədə seriala çəkilmək təklif olunub

Azərbaycanın muğam ifaçısına Türkiyədə seriala çəkilmək təklif olunub

Mədəni̇yyət

20 Sentyabr 2012, 18:15

Azərbaycanın əməkdar artisti, muğam və xalq mahnılarının ifaçısı Bəsti Sevdiyevaya Türkiyədə film və serial çəkən bır sıra şirkətdən dəvət gəlib. Bu barədə tanınmış muğam ustasının mətbuat katibi Cəfər Mənsimi məlumat verib. Onun sözlərinə görə, xanəndə bir sıra serial və filmlərində rol alması təklifi barədə düşünür.

 “Gözləmədiyimiz bir anda, bizə bir sıra şirkətlərdən “Bəsti xanımı öz istehsal etdiyimiz serial və filmlərin birində ana rolunda görmək istəyirik” deyə müraciət daxil oldu. Maraqlısı odur ki, bizə bir şirkətdən yox, bir neçə şirkətdən eyni zamanda təklif gəldi. Bu təklifləri Bəsti xanımın aktiv fəaliyyətinin nəticəsi kimi qiymətləndirirəm. O, bu günə kimi, bir sıra ölkələrdə solo-konsertlə çıxış edib. Amma ən çox solo-konsertlə çıxış etdiyi ölkə  Türkiyə olub. Şirkətlərin adını hələ ki, açıqlamaq istəmirik. Amma yalnız onu qeyd edə bilərəm ki, həmin şirkətlər bu günə kimi Türkiyənin bir sıra məşhur serial və filmlərinin istehsalçısı olublar. Hazırda biz həmin şirkətlərlə danışıqlar aparırıq. Hər halda hansı şirkətin təklifi daha yaxşı olarsa onu dəyərləndirməyə çalışacağıq”.

Bəsti Sevdiyeva Dövlət İncəsənət İnstitutunun musiqili komediya teatrı aktyoru fakültəsini bitirib.


Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür