Modern.az

20 yanvar faciəsi zamanında işləyən “Azərbaycan”ı indi qar “vurdu”

20 yanvar faciəsi zamanında işləyən “Azərbaycan”ı indi qar “vurdu”

Media

6 Fevral 2010, 18:05

Aparıcı rəsmi və müstəqil qəzetlərin 6 fevral tarixli sayları çap olunmadı. Buna fevralın 5-də “Azərbaycan” Nəşriyyatının elektrik enerjisi ilə təchizatında yaranan problem səbəb oldu. Nəşriyyatın həmin problemi isə Bakıya qarın yağması səbəbindən yarandı. Son illər “Azərbaycan” Nəşriyyatı qəzetləri belə çətin vəziyyətdə qoymamışdı. Hətta 1990-ci il yanvarın 20-də törədilən Bakı qırğını zamanında belə, bu nəşriyyat işini davam etdirmişdi.

Stajlı jurnalistlər deyirlər ki, 1990-cı il yanvarın 20-də Bakıda törədilən qırğından sonrakı günlərdə əksər idarə və müəssisələr fəaliyyətini dondurduğu halda, “Azərbaycan” Nəşriyyatı işinə ara verməmişdi. Təsadüfi deyil ki, faciənin sonrakı günlərində məhz bu nəşriyyatda çalışan işçilərin fədakarlığı sayəsində təkcə “Səhər” qəzeti 1 milyon tirajla çap olunaraq informasiya blokadasında olan ölkə vətəndaşları arasında yayılmışdı. 
1990-cı il yanvarın sonlarında indikindən dəfələrlə çətin ektremal situasiyada fəaliyyətiə ara vermyən “Azərbaycan” Nəşriyyatı 5 fevral 2010-cu il tarixdə Bakıya qarın yağması ilə işini dondurdu. Nəticədə çətin vəziyyətlə üz-üzə qalan ölkənin aparıcı qəzetlərinin növbəri sayları işıq üzü görmədi.

Adəm Qorxmaz

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?