Modern.az

Bəşər Əsəd müxalifəti danışığa çağırdı

Bəşər Əsəd müxalifəti danışığa çağırdı

21 Sentyabr 2012, 14:01

Suriya prezidenti Bəşər Əsəd 18 aydan çoxdur ki,ölkəni bürümüş iğtişaşların yeganə həll yolunun  müxalif qruplarla danışıqlar olduğunu bildirib. Modern.az bildirir ki, bu barədə Əsəd Misirin “Əl-Əhram” qəzetinə müsahibəsində deyib.
“Danışıq qapıları açıqdır. Ancaq müxalifətlə danışıqlar bu böhranı həll edə bilər”-deyə Əsəd Misir qəzeti Əl-Əhram müsahibəsində bildirib.
B.Əsəd qəzetə müsahibəsində bunları da əlavə edib: “Xarici  müdaxilə ilə  dəyşiklik əldə  edilə bilməz. Xaricdən dəstəklənən üsyançılar məğlub olacaqlar”.
Suriya prezidenti məsələnin həlli üçün ezam olunmuş beynəlxalq vasitəçi Laxdar Brahiminin fəaliyyətinə də münasibət bildirirək deyib: “Onun fəaliyyəti barədə nə bədbin,nə də nikbindir“.  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi